"Mançester Siti"də ciddi itki
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə "Real"la 0:0 bərabərə qalan "Mançester Siti" ciddi itki ilə üzləşib.
Qol.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi David Silva zədələnərək sıradan çıxıb.
O, Madrid klubu ilə gələn həftə keçiriləcək cavab matçında iştirak etməyəcək. Bu barədə xəbəri klubun baş məşqçisi Manuel Peleqrini də təsdiqləyib. Lakin Silvanın hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.
Qeyd edək ki, dünənki görüşdə ombasından zədələnən ispaniyalı futbolçu 40-cı dəqiqədə əvəzlənib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox