Ronaldo cavab oyununu da buraxa bilər
"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə cavab matçını da buraxa bilər.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun səhhətində yeni problemlər aşkarlanıb. Zədəli oyunçunun ikinci görüşə kimi hazır olub-olmayacağı şübhə altındadır.
Qeyd edək ki, "Real" - "Mançester Siti" cavab oyunu mayın 4-ü keçiriləcək.
Xatırladaq ki, Ronaldo zədə səbəbindən İngiltərə təmsilçisi ilə ilk matçı buraxıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox