• $
  • £

“Beşiktaş” Rza Zərrabın “skybox”unu satdı

“Beşiktaş” Rza Zərrabın “skybox”unu satdı
27.04.2016 22:07
"Beşiktaş” klubu yeni stadionu "Vodafone Arena”da əslən azərbaycanlı iş adamı Rza Zərraba məxsus "skybox”u keçən həftə satıb.

Mart ayında ABŞ-da həbs edilən və "Beşiktaş” azarkeşi olduğu bildirilən R.Zərrab "skybox”u ötən ilin aprelində alıb.

Oxu.Az "Habertürk”ə istinadən xəbər verir ki, stadionun qərb hissəsində yerləşən "skybox”un satışı ötən həftə həyata keçirilib.

R.Zərrabın sözgedən "skybox” üçün 1,2 milyon türk lirəsi verdiyi bildirilmişdi. Onun "Vodafone Arena”dan "skybox” aldığı xəbəri KİV-də yayıldıqdan sonra "Beşiktaş”ın rəhbəri Fikrət Orman:

"Şəxsən tanışlığımız yoxdur. Sadəcə bir dəfə yeməkdə bərabər olmuşuq. Onun "Fenerbaxça” tərəfdarı olduğu deyilirdi. Amma gözlərinə baxdıqda, "Beşiktaş” tərəfdarı olduğunu anladım” demişdi. 

Aprelin 11-də açılış matçının keçirildiyi, 41 min 903 tamaşaçının yerləşdiyi "Vodafone Arena”da 147 loja var. "Beşiktaş”ın rəhbərliyi ildə 50-60 milyon dollar gəlir əldə edəcəyini gözləyir. Ümumilikdə 3 illik müddətə satılan 147 lojadan "Beşkitaş”ın ümumilikdə 30 milyon dollara yaxın gəlir əldə etdiyi bildirilir. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol