"Barselona" 50 milyon avroluq təklifi rədd etdi
"Barselona" futbolçusu Xavyer Maskerano üçün Çin klublarından birindən aldığı 50 milyon avroluq təklifi rədd edib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı yarımmüdafiəçi Çin çempionatında oynamağı düşünmədiyi üçün təklif müsbət cavablandırılmayıb.
Qeyd edək ki, X.Maskeranonun "Barselona" ilə müqaviləsi 2018-ci ildə başa çatır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox