Əliyar Ağayev: "Yanlış qərar vermişəm"
"Oyunda həmin qərarı verərkən heç bir şübhəm yox idi. Bunu simuliasiya kimi dəyərləndirdim. Üstəlik Aleksey Qayın dizini qatlamağı məni yayındırdı".
"Report"un məlumatına görə, bunu FİFA referisi Əliyar Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Neftçi" - "Qəbələ" matçında baş vermiş penalti epizodu ilə bağlı fikirlərini bildirərkən deyib.
Ə.Ağayev oyun zamanı "Neftçi"nin qapısına penalti təyin etməsə də, yanlış qərar verdiyini söyləyib: "Hər hansı bir bəhanə axtarmağa dəyməz. Təkrara baxdıqdan sonra məlum olur ki, aşkar penalti var idi".
Qeyd edək ki, aprelin 27-də keçirilmiş "Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Aqil Məmmədov cərimə meydançası daxilində "qırmızı-qaralar"ın üzvü Aleksey Qaya qarşı kobud oynayıb. Matçın baş hakimi Əliyar Ağayev həmin epizodu simuliasiya kimi qiymətləndirib və ikinciyə sarı vərəqə göstərib. Matç 1:1 hesabı ilə başa çatıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox