"Mançester Yunayted"dən Obameyanqa 90 milyon avro
"Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq yeni mövsümdən İngiltərə Premyer Liqasında oynaya bilər.
Qol.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, qabonlu futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Cari mövsüm çempionluq yarışından kənarda qalan İngiltərə təmsilçisi hücum xəttini Obameyanqla gücləndirmək niyyətindədir. "Qırmızı şeytanlar" 26 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır. Lakin Dortmund təmsilçisinin direktoru Hans-Yoahim Vatske daha öncə verdiyi açıqlamasında Obameyanqı 100 milyon avrodan aşağı satmayacaqlarını bildirib.
Qeyd edək ki, 2013-cü ildə "Sent-Etyen"dən "Borussiya"ya transfer olunan Obameyanq cari mövsüm vurduğu qollarla Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox