Venger "Arsenal"dan gedəcəkmi?
"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonunda komandadan getməyəcək.
Qol.az-ın "The Telegraphy" nəşrinə istinadən verdiyi məlumata görə, komandanın çempionluq yarışından kənarda qalması səbəbindən azarkeşlərin etirazı ilə qarşılaşan fransalı mütəxəssis yeni mövsümdə də "Arsenal"ın baş məşqçi vəzifəsində qalacaq.
Lakin 1996-cı ildən "topçular"ı çalışdıran 66 yaşlı mütəxəssisin gələn ilin yayında komandadan ayrılacağı bildirilir. O, 2016/2017 mövsümündə transferlərə və aşağı yaş qrupu üzrə komandaların inkişafına nəzarət edəcək.
Qeyd edək ki, "Arsenal" cari mövsüm Premyer Liqada geridə qalan 36 turdan sonra 67 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox