• $
  • £

Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirildi

Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirildi
02.05.2016 21:02
"Xeyirxah ənənə gələcəkdə də davam etdiriləcək”.

Moskvada Millətlər evində Vüqar Həşimovun xatirəsinə həsr edilmiş III Beynəlxalq turnir keçirilib. 

Oxu.Az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu (AMİD) çıxış edib. 

Toplaşan şahmatsevərlər qarşısında  AMİD fondunun sədri Şamil Tağıyev çıxış edib. O qeyd edib ki, görkəmli insan Vüqar Həşimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin məqsədi gənclər arasında şahmatın təbliğidir. 

Bundan başqa, fondun direktoru bu turnirin keçirilməsi kimi xeyirxah ənənə gələcəkdə də davam etdiriləcək. 

Yarışların açılışında çıxış edən şahmat tacına namizəd, beynəlxalq qrossmeyster sürətli şahmat üzrə dünya çempionu Sergey Karyakin Vüqar Haşımov ilə dostluğundan danışıb. O qeyd edib ki, dostunun xatirəsinə həsr edilmiş yarışda iştirak etmək onun üçün qürurvericidir. 

İdmançılara dəstək olmaq və görkəmli şahmatçının xatirəsini yad etmək üçün Vüqarın qardaşı Sərxan Həşimov və Rusiya Şahmat Federasiyasının direktoru Mark Qluxovski də gəlib. 

Turnir İsveç sistemi üzrə 7 mərhələdən ibarət olub. Yarışlarda 8-dən 50 yaşa qədər 70 şahmatçı iştirak edib. 

Gərgin mübarizədən sonra qalib müəyyən edilib, bu, İqor Yakupov olub. İkinci yeri Dalqan Nüciyev, üçüncü yeri isə İlya Odinsov tutub. Qaliblərə Vüqar Həşimov kuboku, medallar, xatirə hədiyyələri və pul mükafatları təqdim edilib.

Turnirin gedişatında sürətli şahmat üzrə dünya çempionu Sergey Karyakin və Vüqarın qardaşı Sərxan Həşimov eyni zamanda 10 lövhədə oyun üzrə ustad-sinifi veriblər. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol