• $
  • £

Dövlət yardımı ilə bağlı müraciətin nəticəsini öyrənmək asanlaşdı

Dövlət yardımı ilə bağlı müraciətin nəticəsini öyrənmək asanlaşdı
06.05.2016 19:41
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemində (VEMTAS) sosial yardım üçün edilmiş müraciətlərə məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəraitdə baxılaraq, nəticəsi barədə vətəndaşların "Ərizə-bəyannamə”də qeyd etdikləri əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir.

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib. 

Bununla belə, vətəndaşların həmin məlumatları almaq imkanlarının daha da sadələşdirilməsi üçün onlara sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları sadəcə telefon vasitəsilə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən birbaşa əldə etmək imkanı da yaradılıb.

Nazirliyin 142-"Çağrı mərkəzi”nin fəaliyyətinin elektron texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi, onun əhaliyə xidmət funksiyalarının genişləndirilməsi işlərinin davamı olaraq, "Çağrı mərkəzi” tərəfindən artıq qeyd edilən istiqamətdə məlumat xidməti əhalinin istifadəsinə verilib.

Belə ki, təmsil etdikləri ailələrə ünvanlı dövlət sosial yardımının alınması üçün "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə müraciət edən vətəndaş 142-"Çağrı mərkəzi”nə zəng edərək interaktiv rejimdə nazirliyin informasiya sistemindən müraciətinin cari vəziyyəti barəsində məlumatı əldə etmək üçün 0 düyməsini seçir. 

Bundan sonra 2 düyməsini yığaraq təmsilçinin şəxsiyyət vəsiqəsinin nömrəsini və sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil edir.
 
Daxil edilən rəqəmlər sistem tərəfindən avtomatik qaydada yoxlanılaraq düzgünlüyü təsdiqləndikdən sonra sosial yardım üçün edilmiş müraciətə VEMTAS-da baxılmasının nəticəsi olaraq qəbul edilmiş qərar barədə məlumat səslənir.

Vətəndaşın ailəsinə ünvanlı sosial yardım təyin olunubsa, yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan hansı tarixdən sonra alınacağı barədə məlumat verilir. Sosial yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı halda isə yardım təyinatından imtina edildiyi barədə məlumat vətəndaşın diqqətinə çatdırılır.

Nazirlik tərəfindən əhaliyə xidmətlər sisteminin şəffaflıq prinsipinə uyğun təkmilləşdirilməsi və əhalinin bu xidmətlərdən daha rahat istifadəsinə şərait yaradılması yönündə tədbirlər bundan sonra da davam etdiriləcək.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol