• $
  • £

"Qarabağ" və "Qəbələ" qalib gəldi

08.05.2016 12:00
 Azərbaycan Premyer Liqasının 33-cu turuna start verilib. ANS PRESS-in məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.
""Xəzər Lənkəran" ardıcıl 21-ci oyunda meydanı xalsız tərk edib"



Günə mərkəzi görüşlə start verilib. Premyer Liqadakı ilk mövsümünü gümüş medalla başa vurmağa yaxın olan debütant "Zirə” bürünc medallar uğrunda mübarizə aparan "Qəbələ”ni qəbul edib. Kubokda mübarizəni dayandıran, Premyer Liqada isə istənilən nəticələri qazana bilməyən "Qəbələ" səfərdə darmadağına sevinib - 3:0.
 
"Qəbələ”nin "bürünc” uğrunda mübarizədəki əsas rəqibləri "Kəpəz” və "İnter”i nisbətən asan oyunlara çıxıb. "Kəpəz” Lənkəranda "Xəzər Lənkəran"ın qonağı olub və "Qəbələ" kimi 3:0 hesablı qələbə qazanıb. Bununla da "ağ-yaşıllar" ardıcıl 21-ci oyunda meydanı xalsız tərk edib. "İnter" isə Bayılda "Rəvan”ın qonağı olub. "Bankirlər” daha böyükhesablı qələbəyə sevinib - 4:0.
 

Masazırda keçirilən "Neftçi” - AZAL oyunu da maraqla gözlənilən qarşılaşmalardan biri idi. Hər iki kollektiv 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmağa iddialıdı. Nominal meydan sahibləri rəqibi ilə aradakı 5 xallıq fərqi azaltmaq üçün həm də 3 oyunluq qələbəsizlik seriyasına son qoymalı idi. Tərlan Əhmədovun komandası isə qalib gələcəyi halda, qərarlaşdığı 6-cı pillədən də irəli getmək imkanına malik olacaqdı. Amma "Neftçi" AZAL-a bu imkanı verməyib. 4 qolun vurulduğu oyunda "ağ-qaralar" 3:1 hesablı qələbə qazanıb.
 
Günün ən intriqasız oyunu isə "İnter Arena”da baş tutub. Artıq çempionluğu rəsmiləşdirən "Qarabağ” "Sumqayıt”ı sınağa çəkib. Qurban Qurbanovun yetirmələri ardıcıl 10-cu qələbələrini qazanıblar - 1:0.

Premyer Liqa
2015/16 mövsüsü
IV dövrə, 33-cu tur

"Zirə” – "Qəbələ” - 0:3
Qol: Rafael Santos, 25, Ermin Zets, 46, 79

"Xəzər Lənkəran” – "Kəpəz” - 0:3
Qol: Kərim Diniyev, 42, Julien Ebah, 48, Orxan Əliyev, 79

"Rəvan” – "İnter” - 0:4
Qol: Abbas Hüseynov, 22, Mirsahib Abbasov, 43, 56, Nizami Hacıyev, 90
 
"Qarabağ” – "Sumqayıt” - 1:0
Qol: Əfran İsmayılov, 40.
 
"Neftçi” – AZAL - 3:1
Qollar: Anete, 16. Araz Abdullayev, 23. Aylton Silva, 44 - Nuqzar Kvirtiya, 48.






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol