• $
  • £

Toni Adams "Qəbələ"dən ayrılır

Toni Adams
11.05.2016 17:59
"Qəbələ" klubunun futbol direktoru Toni Adams tutduğu vəzifədən mayın sonlarında ayrılacaq.
 
Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə ötənlərin əfsanəvi müdafiəçisi "The Guardian" nəşrinə açıqlamasında bildirib.

O, Danimarkanın "Bröndbü" klubu ilə danışıqlar apardığını təsdiqləyib: "Bəli, mən "Bröndbü" ilə baş məşqçi təklifi istiqamətində danışıqlar aparıram. Baş məşqçi işinə qayıtmaq üçün mayın sonlarında "Qəbələ"dən ayrılacağam. Hələ heç nə həllini tapmayıb. Əminəm ki, "Bröndbü" baş məşqçi postuna layiqli şəxsi tapacaq".

T.Adams Danimarka klubu ilə bir neçə həftədir danışıq aparır. 50 yaşlı mütəxəssisin "Brondbü"nün sahibi Yan Bex Andersenlə "Çelsi"nin kapitanı Con Terri vasitəsilə münasibətləri yaranıb. C.Terri onların ortaq dostu sayılır. Təyinat baş tutsa, o, İngiltərə "Arsenal"ında komanda yoldaşı olmuş Con Censeni özünə köməkçi götürəcək. "Bröndbü"nün sükanı arxasına keçməyə digər namizədlər "Suonsi Siti"nin köməkçi-məşqçisi Morten Uiqhorst və Farer adaları yığmasının baş məşqçisi Lars Olsendir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında T.Adamsın klubdan ayrılma ehtimalının olduğunu təsdiqləyib: "Bu, əvvəlcədən də klubumuzla danışılmışdı. Amma rəsmi olaraq 100 faiz deyə bilmərik ki, ayrılacaq. Adamsa təkliflər var və onları dəyərləndirmək istəyir. Özü də bizimlə söhbətdə təkliflər aldığını və ayrılma ehtimalının olduğunu deyib. Dedi ki, təklifləri dəyərləndirmək istəyirəm".

Z.Əzizovun sözlərinə görə, futbol direktoru ilə anlaşma mayın sonlarında tərəflərdən birinin istəyilə pozula bilər: "Adams uzun illərdir klubumuzdadır. Bizim üçün yad adam deyil. Hər nə qədər əcnəbi vətəndaş olsa da, klub daxilində bizdən biridir. Qərarı klub daxilində müzakirə olunacaq. Amma rəsmi müraciət etməyib".

Qeyd edək ki, Toni Adams əvvəllər "Qəbələ"də baş məşqçi postunu tutub. Onun 2010-cu ilin mayından başlanan fəaliyyəti 18 ay çəkib. Sonradan T.Adams klub prezidenti Tale Heydərovun müşaviri də olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol