Joze Mourinyo 2 milyon avro cərimələndi
Baş məşqçi qərardan şikayət verməyib
Portuqaliyalı baş məşqçi Joze Mourinyo 2 milyon avro cərimələnib. "Report"un məlumatına görə, qərar İspaniya vergi xidməti tərəfindən verilib.
53 yaşlı mütəxəssisin "Real Madrid" klubunda çalışdığı zaman vergi məsələlərində ölkə qanunvericiliyini pozduğu bildirilib. Ümumilikdə J.Mourinyo 1 milyon avro pozuntuya yol verib. Komissiya ödənilməyən bu məbləği iki qat artırıb. O, qərardan heç bir şikayət etməyib.
Qeyd edək ki, Joze Mourinyo 2010 - 2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox