• $
  • £

Nazir: "IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni idman qurğusu tikilməyəcək"

Nazir:
12.05.2016 15:16
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni idman qurğusu tikilməyəcək.
 
"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin (AISGOC) baş icraçı direktoru Azad Rəhimov açıqlama verib.

O, Azərbaycan paytaxtında Oyunlar üçün kifayət qədər idman qurğusunun olmasını səbəb göstərib: "Bakı Tennis Akademiyası, "Sərhədçi" Olimpiya İdman Mərkəzi, Şüvəlanda yerləşən Ağır Atletika zalı, "Dalğa Arena" və "Bakcell Arena" kimi qurğulardan istifadə olunacaq. İşə 8000-ə yaxın könüllü cəlb olunacaq".

Nazirin sözlərinə görə, Oyunların proqramına bir neçə yeni idman növü daxil edilib: "Xüsusən, zorxananı qeyd etmək istərdim. Zorxananın təbliği bizim marağımızdadır. Bu, çox populyar idman növüdür. Bir neçə İslam ölkələrində populyarlıq artır. Biz çalışacağıq ki, orada ən cəlbedici fəndləri nümayiş etdirək".

A.Rəhimov Oyunlar çərçivəsində keçiriləcək futbol turnirində 8 ölkə yığmasının mübarizə aparacağını söyləyib: "Bu yarışlar böyüklərin arasında keçiriləcək. Müxtəlif fikirlər vardı. Bütün İslam Oyunlarında futbol çox populyar olub. Biz də istərdik ki, futbola maraq olsun və Oyunlarda tamaşaçıların sayı artsın. Amma hansı ölkələrin iştirak edəcəyi ilə bağlı məlumat yoxdur. Hələ seçimlər gedir".

Paracüdo yarışının da olacağını deyən baş icraçı direktor mübarizənin 4 kateqoriyada aparılacağını vurğulayıb: "Azərbaycan ev sahibi olduğu üçün hər bir idman növündə çıxış edəcək".

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək ölkələrin Milli Olimpiya Komitələrinin nümayəndələrinin iştirakı ilə sabah toplantı keçiriləcək. Artıq 39 ölkə nümayəndəsi Bakıdadır. Onlar paytaxtla və idman qurğuları ilə tanış olacaqlar.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol