• $
  • £

Polkovnik: "Azərbaycandan rahatlıq hissi ilə ayrılırıq"

Polkovnik:
12.05.2016 16:37
"2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı üçün Azərbaycanın doğru seçim olduğuna bir daha əmin olduq".
 
"Report"un məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) I vitse-prezidenti və İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum Oyunlara bir il qalması münasibətilə keçirilən mətbuat konfransında deyib.

H.K.Malboum Bakıda səmərəli görüşlər keçirdiklərini bildirib: "Təşkilat Komitəsi fantastik işlər görüb. İnanıram ki, bu işi uğurla həyata keçirəcəyik. Çünki ölkə rəhbərliyi sadiqlik nümayiş etdirir. Bu səbəbdən Azərbaycan doğru seçimdir. Biz bu işin öhdəsindən gəlmək üçün kifayət qədər səriştəyə sahibik. Bir daha ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xüsusi minnətdarlığımızı bildirirəm. Böyük dəstək var və dəstək olmasa, bu işləri həyata keçirə bilmərik. Azərbaycandan rahatlıq hissi ilə ayrılırıq. Çünki hər şeyin qaydasında olduğunu görürük".

Əlaqələndirmə Komissiyasının sədri Oyunlarda ölkələrin iştirakı məsələsinə də toxunub: "İSSF daxilində müəyyən qaydalar var və bu, bütün ölkələrə öz istəklərinə uyğun təmsilçilərlə çıxışa imkan verir. Biz Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak etməyə görə ölkələrə şərait yaradırıq".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları gələn il mayın 12-22-də keçiriləcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol