• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanda qızılın qiyməti bahalaşacaq - EKSPERT

Azərbaycanda qızılın qiyməti bahalaşacaq - EKSPERT
11.07.2016 13:28
"Dünya bazarında qızılın qiyməti artdıqca, Azərbaycanda da bu prosesin paralel olaraq davam eləməsi qaçılmazdır”

ANN.Az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında qiymətli metalın dəyişən qiymətinin Azərbaycana da təsirsiz ötüşməyəcəyi qənaətindədir.
 

Vüqar Bayramov  

İqtisadçının sözlərinə görə, dünya bazarında qızılın qiymətində artımlar davam edir: "Son 2 ilin rekorduna imza atan qiymətli metalda axırıncı 1 ildə 17, son 6 ayda isə 24 faiz qiymət artımı qeydə alınıb. Qızıl son bir ayı da 7 faiz artımla başa vurub. Artıq qızılın 1 qramı 44 dollara təklif edilməkdədir. Bir müddət öncə, ABŞ-ın aparıcı milyarderlərindən olan Corc Sorosun qızıl bazarına böyük məbləğdə sərmayə yönəltdiyini qeyd etmişdik. Elə o zaman qızılın qiymətinin yüksələcəyini proqnozlaşdırmışdıq. Bu artımlar artıq müşahidə edilməkdədir. Qızıl bazarına yönəldilən sərmayələr qiymətli metala tələbi artırıb. Eyni zamanda, qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik investorların qızıla marağının artmasına səbəb olub. Nəticədə bu özünü dünya bazarında qızılın qiymətində artımlarda göstərməkdədir. Təbii ki, milyarder Corc Sorusun sözügedən bazara geniş məbləğdə sərmayə etdiyindən spekulyativ davranışların olması da istisna edilmir".

V.Bayramov əlavə edib ki, Azərbaycanın qızıl bazarına qlobal qiymət artımları təsir göstərməkdədir: "Güman olunur ki, növbəti dövrdə qiymət artımları daha çox hiss ediləcək. Bir tərəfdən Ramazan ayı başa çatdığı üçün yerli bazarda qızıla tələb yüksəlib, digət tərəfdən isə idxal edilən xam qızılın xərci artıb. Qızıl bazarındakı tələbin əsasən idxal hesabına ödənildiyini nəzərə aldıqda dünya bazarında qiymət artımları davam edəcəyi halda qiymət artımlarının olacağı qaçılmazdır".
 
Nicat Pirizadə

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident: “Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”
İqtisadiyyat 09:52
Prezident: “Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”
Böhran “Gəlinlik” biznesini də çökdürdü – REPORTAJ
İqtisadiyyat 09:37
Böhran “Gəlinlik” biznesini də çökdürdü – REPORTAJ
Dövlət büdcəsinə yenidən baxılacaq - AÇIQLAMALAR
İqtisadiyyat 07:09
Dövlət büdcəsinə yenidən baxılacaq - AÇIQLAMALAR
İşığın qiyməti qalxdı
İqtisadiyyat 00:31
İşığın qiyməti qalxdı
“Bəzi deputatlar öz alıcılıq qabiliyyətləri ilə sadə vətəndaşların xərclərinin eyni səviyyədə ölçürlər” - AÇIQLAMALAR
İqtisadiyyat 20:56
“Bəzi deputatlar öz alıcılıq qabiliyyətləri ilə sadə vətəndaşların xərclərinin eyni səviyyədə ölçürlər” - AÇIQLAMALAR
Dollar, pokemonlar, ərəblər, əlamətlər və konsepsiyalar haqqında – TƏHLİL
İqtisadiyyat 14:20
Dollar, pokemonlar, ərəblər, əlamətlər və konsepsiyalar haqqında – TƏHLİL
Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır
İqtisadiyyat 23:52
Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır
Azərbaycanda qızılın qiyməti bahalaşacaq - EKSPERT
İqtisadiyyat 13:28
Azərbaycanda qızılın qiyməti bahalaşacaq - EKSPERT
Niyə
İqtisadiyyat 13:37
Niyə "Bir saatlıq usta" Azərbaycanda uğur qazanmağa köklənib? - FOTO+VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol