• $
  • €
  • ₽
  • ₺
  • £

Vyana Ştraus Festival Orkestri Bakıya gəlir

Vyana Ştraus Festival Orkestri Bakıya gəlir
29.05.2020 01:26
Məşhur Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində "Mənim həyatım: sevgi və şövq" adlı konsert proqramı ilə çıxış edəcək.

Konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, "valsın kralı" İohan Ştrausun (Johann Strauss), həmçinin digər Vyana klassiklərinin - ata İohann Ştraus, Karl Mixael Tsirer, Robert Stolz, İmre Kalman, Luici Arditi, Yozef Ştraus, Eduard Ştraus və Frans Lehаrın əsərləri ifa olunacaq.

Orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə skripkada ifa edərək dirijorluq edəcək.

Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində ikinci konsertidir. Kollektiv ilk dəfə Mərkəzin səhnəsində 2014-cü ildə çıxış edib və tamaşaçılara bayram əhval-ruhiyyəsi yaşadıb.

Ştraus Festival Orkestri Vyananın əsl musiqi ənənələrinin qoruyucusu, Avropanın aparıcı musiqi kollektividir. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalını bu orkestr açır.

Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinə biletlərin qiyməti 20, 30, 40, 60, 80, 100 və 120 AZN-dir. Biletləri Mərkəzin kassasından əldə etmək olar.//Trend

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol