• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

İki qurum necə birləşəcək?

İki qurum necə birləşəcək?
28.05.2020 21:48
Azərbaycanda uzun illərdir ki, bir sıra dövlət qurumlarının birləşdirilməsi məsələsi gündəmdədir.  

"Qafqazinfo” xəbər verir ki, bu müddət ərzində bir sıra dövlət qurumları aidiyyatı üzrə birləşdirilsə də bir neçə təkliflər  hələ ki reallaşmayıb. Ancaq bu ilin əvvəlindən etibarən  Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi istiqamətində əməli işlər aparılmaqdadır. Əldə etdiyimiz məlumata görə, prosesin mart ayı ərzində yekunlaşacağı nəzərdə tutulur. Buna səbəb isə hər iki qurumun əsasən fiskal orqan olmasıdır. Bunların  inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılması nəzərdə tutulur. 

Bəs, bu iki orqanının birləşdirilməsi indiki şəraitdə mümkündürmü? Bunun ölkə iqtisadiyyatı üçün nə kimi üstünlükləri var? 

"Qafqazinfo” bu suallarla iqtisadçı-ekspert Rövşən Ağayevə müraciət edib. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin hazırda iki funksiyası var: "Birinci funksiyası dövlət büdcəsini gəlirlə təmin etməkdir. İkinci funksiyası isə ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı müəyyən işləri görməkdir. Belə ki, ölkə ərazisinə daxil olan məhsullar gömrükdən keçərkən yoxlanılır. Ölkədə valyuta rejiminin təmin olunmasına nəzarət edir. Bu kimi qeyri-fiskal funksiyalar  xidmətin nazirliklə birləşəcəyi təqdirdə digər aidiyyatı üzrə başqa orqanlara həvalə edəcək. Məsələn, valyuta rejiminin ölkəyə daxil olub çıxmasına Dövlət Sərhəd Xidməti nəzarət edəcək. Sanitar və baytarlıq, ərzaq məsələlərinə müvafiq qurumlar baxacaq. 

Bu məsələlər öz həllini tapandan sonra vergi ilə gömrüyün birləşdirilməsi məntiqli bir yanaşmadır.

Nəzərinizə çatdırım ki, bir çox ölkələrdə bu yanaşma  var. Həm dövlət aparatının işinin yüngülləşdirilməsi, fiskal orqanların çevikliyinin artırılması baxımından bu addımı yüksək dəyərləndirmək olar. Hətta mən Dövlət Sosial Müdafiə Fondunun da fiskal orqan kimi saxlanılmasının,  sosial sığorta haqlarının vergi orqanına verilməsinin tərəfdarıyam. Bir çox ölkələrdə sosial vergi var. Belə ki, həm fiziki şəxslərin gəlir vergisi, həm də sosial sığorta haqqı eyni mənbədən tutulur. Bunun bir qurum tərəfindən hesablanmasına nə mane olur ki? Əksinə, hansısa müfəttişlər bu işlə Dövlət Sosial Müdafiə Fondunda məşğul olur. Eyni işi başqa müəssisədə  yəni, Vergilər Nazirliyində də edirlər. Beləliklə, qeyri- fiskal səlahiyyətlərin müəyyən orqanlara verməklə fiskal qurumların bir çətir altında birləşdirilməsini doğru hesab edirəm. Çünki bu idarəetmənin yüksəldilməsi baxımından yaxşı addımdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
İqtisadiyyat 10:48
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
İqtisadiyyat 10:40
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
 Azərbaycanda dizel bahalaşacaq
İqtisadiyyat 09:53
Azərbaycanda dizel bahalaşacaq
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
İqtisadiyyat 06:04
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
İqtisadiyyat 05:09
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı
İqtisadiyyat 04:25
Bakıda dolların satışı dayandırıldı? Bankların cavabı
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
İqtisadiyyat 03:21
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
İqtisadiyyat 02:30
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
İqtisadiyyat 01:24
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol