• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?

Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
29.05.2020 02:30
Azərbaycanda benzinin qiymətinin qaldırılacağı ilə bağlı məlumatlar var.

Sentyabr ayından "Aİ-92” markalı benzinin qiyməti 90 qəpikdən 1 manata qaldırılacaq.

"Aİ-95" premium markalı benzinin qiymətinin 1,25 AZN-dən, 1,35 AZN-ə qədər qaldırılacağı barədə xəbərlər var. Azərbaycanda "Aİ-92” markalı benzinin qiymətinə sonuncu dəfə 2015-ci ildə baxılıb. Həmin vaxt qeyd edilən markalı benzinin dəyəri 90 qəpiyə qaldırılıb. "Aİ-95" premium markalı benzinin qiymətinə isə ötən ilin noyabr ayında baxılıb və qiymət 1,25 AZN müəyyən edilib.

Qiymət artımı əsasən iqtisadi səbəblərlə və əsaslarla həyata keçirilir. Bəs, Azərbaycanda benzinin qiymətinin qaldırılmasına hər hansı iqtisadi əsas varmı? İqtisadçılar benzinin qiymətinə yenidən baxılması barədə müxtəlif fikirlər səsləndirirlər.

İqtisadçı Samir Əliyevin fikirincə, qiymətlərin artırılacağı ilə bağlı ehtimallar realdır. S.Əliyev Missiya.Az-a açıqlamasında yanacağın qiymətinin qaldırılacağı barədə fikirlərini belə izah edib: "Bilirsiniz ki, Azərbaycanda benzinin qiyməti hökumət tərəfindən tənzimlənir. Bu səbəbdən artımın nə vaxt və nə qədər olacağını demək çətindir. Amma mən düşünürəm ki, yanacaq qiymətlərinin qaldırılması ilə bağlı ehtimallar realdır. Çünki "Aİ-95” markalı benzin xaricdən idxal olunur. Hökumət "Aİ-95” markalı benzinin qiymətinin qalxmaması üçün müəyyən vergi və gömrük güzəştləri tətbiq edir. Benzinin qiymətinin qaldırılmasın səbəblərdən biri bu ola bilər”.

S.Əliyevin sözlərinə görə, Azərbaycanda baş verən iki devalvasiyadan sonra benzinin qiyməti cüzi qaldırılıb: "Manat dəyər itirdiyi üçün xaricdən gətirilən məhsullarda bahalaşma baş verib. Amma bu benzinin qiymətində o qədər də hiss olunmayıb”.


Samir Əliyev - iqtisadçı

İqtisadçı benzin qiymətlərinin qaldırılmasına dünya bazarında "qara qızıl”ın dəyərinin artmasının səbəb ola biləcəyini deyib: "Dünya bazarında neftin qiyməti 120-130 dollar olanda, benizini qaldırırlar ki, "qara qızıl” bahalaşıb. Amma neftin qiyməti aşağı düşəndə, benzinin ucuzlaşmasını müşahidə etmirik. Məsələn, bir neçə il əvvəl neftin qiyməti 30 dollara düşmüşdü. Neft ucuzlaşsa da, benzinin qiyməti endirilmədi. İndi isə dünya bazarında neftin qiyməti 70 dollardan yuxarıdır. Belə olan halda benzin qiymətlərinin qaldırılacağını da ehtimal etmək olar. Qiymətlərin qaldırılmasına benzinin xaricdən idxal olunması, kompanetlərin bahalığı və neftin bahalaşması səbəb kimi göstərilə bilər”.

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, iqtisadçı Elnur Soltanov isə fərqli düşünür. Missiya.Az-a açıqlama verən iqtisadçı bildirib ki, yanacaq qiymətlərinin qaldırılması üçün iqtisadi əsas yoxdur: "Biraz keçmişə nəzər salaq. Azərbaycanda hökumətdə kimlərin olmasından aslı olmayaraq, 2 devalvasiyanın olması labüd idi. Devalvasiyanın baş verəmsinə səbəb olacaq dərin iqtisadi əsasların mövcuduğu göz qabağında idi. Manatın dollara nisbətən ucuzlaşması qaçılmaz idi. Amma hazırda benzinin qiymətinin qaldırılması ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Deyə bilmərik ki, şərtlər bunu diqtə edir. Azərbaycanın daxili və xarici iqtisadi vəziyyəti kifayət qədər yaxşıdır. Neftin qiyməti kifayət qədər yüksəkdir. Həmçinin, Azərbaycanda böyük yatırımlar da dayandırılıb. Məsələn, Bakı-Tiflis-Qars, TANAP, "Şahdəniz” kimi beynəlxalq layihələr artıq işə salınıb. Ona görə də Azərbaycanın ciddi şəkildə xarici borclanmaya getməsinə ehtiyac yoxdur. Bütün bu səbəbləri əsas tutaraq, benzinin qiymətinin qaldırılacağını düşünmürəm”.


Elnur Soltanov - iqtisadçı 

Qeyd edək ki, Azərbaycan benzinləri digər xarici ölkələrə nisbətən çox aşağıdır.

Benzinin ən baha qiymətə satıldığı ölkələri təqdim edirik:

Honkonqda (2,09 dollar)

Norveçdə (2,02 dollar)

Niderland(1,93 dollar)

Yunanıstan (1,91 dollar)

İtaliya (1,91 dollar)

Danimarka (1,90 dollar)

İsrail (1,86 dollar)

Portuqaliya (1,83 dollar)

Finlandiya (1,79 dollar)

Fransa (1,78 dollar)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol