• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı

Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
29.05.2020 05:09
Azərbaycan ordusunun 100 illiyi ilə bağlı ilk milli fantastik pullar hazırlanıb.

Anews.az xəbər verir ki, bu barədə Lent.az-a kolleksiyaçı Çingiz Həziyev məlumat verib. Kolleksiyaçının sözlərinə görə, ilk fantastik pulların mövzusu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyidir:

"Bunlar qiymətli kağız, pul əskinası sayılmır. Fantaziya pulları sırf kolleksiyalar və kolleksiyaçılar, hədiyyə üçün nəzərdə tutulub. Mənim ikinci sənətim rəssamlıqdır.

Oturub fikirləşdim ki, yüzilliklə bağlı nə edə bilərəm. Fantastik pullarımızı buraxmağı qərara aldım. 100 il ərzində silahlı qüvvələrimizin sərkərdələrinin şəkilləri olan fantastik pullar hazırladım. Üç-dörd ay pulun kompüterdə yığılma sisteminə zaman xərcləmişəm. Bütün pulların üzərinə "kolleksiya üçün” yazısı həkk olunub”.

İlk milli fantastik pulların müəllifi Çingiz Həziyev onu da qeyd edib ki, bu pullar satış üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, əlli manatlıq əskinasın üzərində şəhid Mübariz İbrahimovun şəkili və onun keçdiyi döyüş yolu öz əksini tapıb:

"Pulun ön və arxasında mənim imzam, eyni zamanda, ordumuzun gerbi, müasir Azərbaycanın xəritəsi burada həkk edilib. 250 manatda Cümhuriyyət dövründə hərb naziri Səməd bəy Mehmandarova həsr olunub. Pulun arxasında cümhuriyyət dövründəki xəritəmizi vermişəm. Eyni zamanda, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova, Şah İsmayıl Xətaiyə, Məhəmmədəmin Rəsulzadəyə həsr olunmuş pullar da hazırlanıb Cümhuriyyət qurucuları ilə hazırladığım pulları həmin dövrün əskinaslarına oxşatmağa çalışmışam. Bir daha qeyd edirəm ki, bu pullar hədiyyə və kolleksiyalar üçündür”.

Kolleksiyaçı maddi və mənəvi irsimizin yaralı yeri olan, ermənilərin sahiblənməyə çalışdığı "Sarı gəlin”lə bağlı da fantastik pul hazırlayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol