• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər

Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
29.05.2020 06:04
Ötən gün Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb. Belə ki, artıq "Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik olub. "Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub. Bəs görəsən benzinin qiymətinin artmasının avtomobillərin qiymətinə hansısa təsiri olacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycana idxal olunur.

"Azərbaycanda  Tarif Şurası tərəfindən yalnız Aİ-92 markalı benzinin qiyməti tənzimlənir, digər benzinlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Həmin benzinlər ölkəyə sahibkarlar tərəfindən gətirilir. Sahibkarlar həmin benzinin qiymətini müəyyənləşdirirlər.

Ekspertin sözlərinə görə, ölkədə benzin istehlakının 90 faizindən çoxunu Aİ-92 markalı benzin təşkil edir.

"Aİ-95 və Aİ-98 markalı benzinlər təxminən istehlakın 7 faizini təşkil edir ki, bu da birbaşa vətəndaşlarımızın Aİ-92 markalı benzindən istifadəsi ilə bağlıdır. 

Aİ-92 və Aİ-95 markalı benzinlərin qiymətlərinin artması nisbətən bahalı avtomobillərin, lüks avtomobillərin və bəzi yeni avtomobillərin xərcini artıracaq. Təbii ki, digər avtomobillər də var, onlar Aİ-95 markalı benzinlə çalışır. Amma aparılan monitorinqlər göstərir ki, Azərbaycanda əsasən bahalı avtomobillərdə Aİ-95 markalı benzindən istifadə edilir. Ona görə ehtimal olunur ki, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinin artması bahalı avtomobillərin ucuzlaşmasına səbəb olacaq. Çünki bu, bahalı avtomobillərə tələbin azalmasına gətirib çıxaracaq. Son zamanlar avtomobil bazarında qiymətlərin stabilləşməsi müşahidə olunurdu, bu da avtomobil bazarında olan durğunluqla bağlı idi. Amma Aİ-95 markalı benzinin qiymətinin bahalaşması bu benzindən istifadə edən avtomobillərin ucuzlaşmasına gətirib çıxaracaq. Amma kəskin ucuzlaşmasmanın olması gözləilmir”.

V.Bayramov deyib ki, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni zavod inşa edilir.

"İnşa edilən bu zavodda "Avro 5” standartlarına cavab verən benzinin istehsal olunacağı gözlənilir. Həmin istehsal olunacaq benzinin xərci nə qədər olacaq,  hansı qiymətlə daxil olunacağını indidən proqnozlaşdırmaq çətindir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol