• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dizel bahalaşacaq

Azərbaycanda dizel bahalaşacaq
29.05.2020 09:53
"Azərbaycanda da Rusiyada benzinin  qiymətinin qalxması fonunda dizel yanacağının qiymətinin bahalaşması gözlənilir”

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiyada ötən həftə sonları benzinin qiymətinin bahalaşmasının Azərbaycana təsiri məsələsinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Rusiyanın benzin bazarı Azərbaycandan köklü şəkildə fərqlənir. Orada bazar prinsipləri fəaliyyət göstərir və dövlətin qiymətin formalaşmasında iştirakı yoxdur. Yəni orada benzinin qiymətini dövlət təyin etmir. Ancaq dövlət aksiz vergiləri və digər vergilərin azaldılması, yaxud da qaldırılması yolu ilə qiymətlərə təsir edir. Bu anlamda Rusiyada benzinin qiymətinin qalxması məsələsində də sərbəst bazar qaydaları işləyir. Neftin qiymətinin bahalaşması və vergi yükünün artması ilə əlaqədar olaraq Rusiyada benzinin qiyməti də yüksəlib. Azərbaycanın qeyri-neft sektorunda ən böyük tərəfdaşı Rusiyadır. Bu ölkəyə kifayət qədər mal ixrac edirik. Rusiyadan da ölkəmizə kifayət qədər böyük həcmdə mal gəlir. Bu nöqteyi nəzərdən şimal ölkəsində benzinin bahalaşması fonunda loqistikanın bahalaşması, əsasən də avtomobil daşınması yolu ilə gətirilən malların, Azərbaycan məhsulunun Rusiya bazarına çıxışı üçün xərclənən vəsaitin artması gözləniləndir.  Azərbaycanlılar avtomobil yollarından istifadə  etməklə əsasən kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına çıxarırlar. Bu fonda onlar Rusiya ərazisində yanacağı daha baha qiymətə almalı olacaqlar. Nəticədə yaranmış vəziyyət onların Rusiyaya göndərdikləri məhsulun qiymətinə də təsir edər, onu bahalaşdırar.

Lakin bu vəziyyət qonşu ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi, Azərbaycan mallarına tələbatın zəifləməsinə gətirib çıxarar. Rusiyadan ölkəmizə gətirilən məhsulların qiyməti də  yaranmış vəziyyətdə ola bilsin bahalaşsın.

Azərbaycanda benzinin qiymətinin qalxıb-qalxmayacağına gəldikdə, ekspert vurğuladı ki, bu dövlətin tənzimlədiyi sahədir: "Proses Tarif Şurası vasitəsilə tənzimlənir. Keçən il həmin istiqamətdə kifayət qədər bahalaşmanın olduğunun şahidi olduq. Aİ-92 markalı benzinin qiyməti artdı. Aİ-95 və premium markalı benzinin qiymətini isə formal olaraq Tarif  Şurası müəyyənləşdirmir. Reallıqda isə birbaşa SOCAR-ın nəzarətindədir və o da istədiyi şəkildə qiymətləri artıra bilər. Bu mənada ölkəmizdə də Aİ-92 markalı benzinin yaxın zamanlarda bahalaşacağını düşünmürəm. Amma dizel məsələsində belə bir addımın atılması ehtimalı yüksəkdir. Çünki, keçən ilki qiymət artımından sonra Aİ-92 markalı benzinlə dizelin qiyməti arasında kifayət qədər böyük fərq yaranıb. İndi artıq hər litrdə 30 qəpiyə yaxın fərq var. Belə bir ciddi fərqin olması mənasında da dünyanın nadir ölkəsiyik. Ona görə də dizelin qiymətinin qaldırılması istiqamətində müəyyən qərarların verilməsi ehtimalı çox yüksəkdir”.

Qeyd edək ki, ötən həftə ərzində Rusiyada benzinin qiymətində artımlar baş verib. Aİ-92 markalı benzin 76 qəpik artaraq bir litri 40,76 rubl, Aİ-95 isə 79 qəpik artaraq 43,6 rubl təşkil edib. Həmçinin bu ölkədə dizel yanacağı da 79 qəpik bahalaşıb.

Həftəsonu paytaxt Moskvada bahalaşma yenidən özünü göstərib və  benzinin qiymətində 88-90 qəpik artım qeydə alınıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol