• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Məmurlara fantastik maaş təklif edildiSəbəb

Məmurlara fantastik maaş təklif edildi – Səbəb
28.05.2020 19:02
Hökumətə xeyli gənc kadrlar gəlib. Çox müsbət haldır ki, parlamentdən hökumətə həmkarlarımız cəlb olunub. Düşünürəm ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni kadr təyinatları barədə APA-nın sualını cavablandırarkən deyib. O bildirib ki, parlament böyük bir siyasi məktəbdir:

"Parlamentdən nazirlərin təyin olunması çox müsbət haldır və təqdir olunmalıdır. Nazir postu siyasi vəzifədir və bu vəzifədə də siyasi baxımdan hazırlıqlı insanlar olmalıdır. Hökumətin tərkibində xeyli dəyişikliklər baş verib. Əlbəttə, hökumətin nüvəsini təşkil edən fiqurların qalması önəmli idi. Hökumətdə prezidentə sədaqəti, öz işgüzarlığı ilə seçilən insanlar var və bu insanların yeni hökumətdə də təmsil olunmaları müsbət haldır”.

Millət vəkili təklif olaraq bildirib ki, ilk növbədə dövlət məmurlarının əməkhaqqı kifayət qədər artırılmalı və ixtisarlar aparılmalıdır:

"Prezident seçkiləri kampaniyasında da söyləmişdim ki, məmur ordusunun 1/3-i azaldıla bilər, buna çox böyük ehtiyac var. Sinqapurda baş nazir Li Kuan Yu böyük islahatlara başlayanda dedi ki, məmurların əməkhaqqını əhəmiyyətli səviyyədə artırmadan korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. O, nazirlərinə təqribən aylıq 100 min dollar əməkhaqqı verir. Hələ 2011-ci ildə Sinqapurda nazirlərin əməkhaqqı 36 faiz azaldıldı, o azalmadan sonra 100 min dollar əməkhaqqı alırlar. O zaman insanlar şoka düşmüşdülər ki, bu qədər aylıq maaş olar? Li Kuan Yu demişdi ki, nazirlərə normal yaşayışını təmin etmək üçün bu qədər pul verilməsə, onlar ayda 10 milyon oğurlayacaqlar. Demirəm ki, Azərbaycanda nazirlərə 100 min dollar vermək lazımdır. Ancaq ən azı 10 min dollar vermək lazımdır ki, sonra ondan oğurlamamağı tələb edəsən”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
İqtisadiyyat 10:48
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
İqtisadiyyat 10:40
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
 Azərbaycanda dizel bahalaşacaq
İqtisadiyyat 09:53
Azərbaycanda dizel bahalaşacaq
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
İqtisadiyyat 06:04
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
İqtisadiyyat 05:09
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı
İqtisadiyyat 04:25
Bakıda dolların satışı dayandırıldı? Bankların cavabı
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
İqtisadiyyat 03:21
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
İqtisadiyyat 02:30
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
İqtisadiyyat 01:24
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol