• $
  • £

Messi penaltini vura bilmədi

Messi penaltini vura bilmədi
16.06.2018 19:31
Bu gün "DÇ-2018"də növbəti oyunlar keçirilir.


Qaynarinfo xəbər verir ki, D qrupunda mabarizəyə start verilib.
 
Qrupun ilk oyununda Argentina və İslandiya münasibətlərinə aydınlıq gətirib. "AVRO-2016"dakı çıxışı ilə hər kəsi təəccübləndirən və yaxşı formada olan avropalılarla daimi favorit cənubi amerikalıların dueli maraqlı mübarizəsində qalib gələn olmayıb. Hesabı 19-cu dəqiqədə Serxio Aquero açıb. 23-cü dəqiqədə islandiyalılar Alfred Finnboqasonun qolu ilə bərabərliyi təmin edib. 64-cü dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirə bilməyib və matç 1:1 hesabı ilə yekunlaşıb.


Günə Xorvatiya – Nigeriya görüşü ilə yekun vurulacaq. "Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanır. Bu görüşün qalibi böyük ehtimalla qrupda ikinci yerin əsas namizədi olacaq.
 
DÇ-2018
I tur


D qrupu
Argentina - İslandiya 1:1
Qollar: Serxio Aquero, 19 - Alfred Finnboqason, 23.
İstifadə olunmayan penaltı: Lionel Messi, 64.


Argentina: 23. Vilfredo Kabalyero, 3. Nikolas Talyafiko, 5. Lukas Bilya (7. Ever Baneqa, 54), 11. Angel Di Mariya (22. Kristian Pavon, 75), 13. Maksimiliano Mesa (9. Qonzalo Hiquayn, 84), 10. Lionel Messi (K), 14. Xavyer Maskerano, 16. Markos Roho, 17. Nikolas Otamendi, 18. Eduardo Salvio, 19. Serxio Aquero.
Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 12. Franko Armani, 2. Qabriel Merkado, 4. Kristian Ansaldi, 6. Federiko Fazio, 8. Markos Akuna, 15. Enzo Peres, 20. Ciovani Lo Çelso, 21. Paulo Dibala.
Baş məşqçi: Xorxe Sampaoli.
İslandiya: 1. Hannes Halldorusson, 2. Birkir Sevarsson, 6. Raqnar Siqurdsson, 7. Yohan Qudmundsson (19. Rurik Gislason, 63), 8. Birkir Byarnason, 10. Qilfi Siqurdsson, 11. Alfred Finnboqason (9. Byorn Siqurdarson, 89), 14. Kari Arnason, 17. Aron Qunnarsson (k) (23. Ari Freyr Skulason, 76), 18. Hyordur Maqnusson, 20. Emil Hallfredsson.
Ehtiyat oyunçular: 12. Frederik Şkram, 13. Runar Runarsson, 3. Samuel Fridyonsson, 4. Albert Qudmundsson, 5. Sverrir İngi İnqason, 15. Holmar Eyyolfsson, 16. Olafur Skulason, 21. Arnor Traustason, 22. Con Bodvarsson.
Baş məşqçi: Heymir Hallqrimsson.

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (Polşa), Vilmar Roldan, Aleksander Quzman (Kolumbiya).
Moskva, "Spartak" stadionu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” növbəti transferlərini açıqlayıb
İdman 22:56
“Qarabağ” növbəti transferlərini açıqlayıb
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib
İdman 21:14
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - sərəncam
İdman 15:39
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - sərəncam
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
İdman 22:16
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
İdman 10:58
Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - Yenilənib
İdman 23:23
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - Yenilənib
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
İdman 23:54
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
İdman 20:58
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
İdman 21:55
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol