Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova yarımfinalda Hindistan təmsilçisi Tanvi Qundeş Maqdumu məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.
59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova isə yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşa 11:0 hesabı ilə qalib gəlib.
Hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.