• $
  • £

İran millisində neçə azərbaycanlı var? – Şok rəqəm

İran millisində neçə azərbaycanlı var? – Şok rəqəm
20.06.2018 15:17
İran millisi Rusiyada keçirilən Dünya Çempionatında Mərakeş yığması üzərində qazandığı qələbədən (1:0) sonra diqqətləri üzərinə çəkib.

Axar.az xəbər verir ki, İran yığmasında diqqət çəkən məqamlardan biri də komandada azərbaycanlı futbolçu sayının az olmasıdır. Qəribədir ki, 2006-cı il Dünya Çempionatına qatılan millinin əksər oyunçuları azərbaycanlılardan ibarət olsa da, 2014-cü ildəki turnirdə Azərbaycan əsilli oyunçuların sayı yarıya qədər azalıb. Hazırda isə komandada yalnız bir azərbaycanlı var. Bu, komandanın əsas qol silahı, Yunanıstanın "Olimpiakos” klubunun şərəfini qoruyan hücumçu Kərim Ənsarifərddir.

Son illərdə İran yığmasında azərbaycanlı futbolçuların sayının kəskin azalması birmənalı qarşılanmır. Məsələ ilə bağlı danışan Güney məsələləri üzrə ekspert Əlirza Zamani bildirib ki, Güney Azərbaycanda futbolun inkişafına böyük əngəllər törədilir:

"Ona görə ki, Güneydə futbol həm də milli məsələ halını alıb. Təbrizin "Traktor” klubunun timsalında futbol siyasi mübarizəyə çevrilib. İran rejiminin təzyiqlərinə, məhdudlaşdırma siyasətinə məruz qalan azərbaycanlılar məhz "Traktor” ətrafında milli mübarizə havası yaradıblar. Buna görə də İran Güney klublarına müəyyən sanksiyalar tətbiq edir. Əvvəllər "Traktor” klubu xeyli ulduz futbolçu yetişdirirdi, son vaxtlar bunun sayının azalması, hətta yox dərəcəsinə düşməsi birbaşa İran hökumətinin Güney Azərbaycanda yürütdüyü siyasətin bir parçasıdır”.

Sözsüz ki, rəsmi Tehranın bu siyasəti dolayısı ilə İran futbolunun inkişafına əngəl törədir. Belə ki, Güney Azərbaycan daim İran futboluna güclü futbolçular qazandırıb. Təkcə İran futbol tarixinin ən çox qol vuran futbolçusunun əslən azərbaycanlı Əli Dayi olması buna əyani sübutdur. O, İran yığma komandasında çıxış etdiyi 149 oyunda 109 qol vurub.

Qeyd edək ki, hazırkı İran yığmasındakı futbolçuların əksəriyyəti Tehran klublarında və Avropa komandalarında oynayan fars əsilli oyunçulardır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol