• $
  • £

“Qarabağ” kimi alır: Maklaflini, yoxsa Fiorillonu?

“Qarabağ” kimi alır: Maklaflini, yoxsa Fiorillonu?
22.06.2018 16:15
"Qarabağ" futbol klubu şotlandiyalı qolkiper Con Maklaflinə təklif göndərib.

"Deyli Ekspres”də yayılan bu məlumatı Qarabağ FK-nın mətbuat katibi Nurlan İbrahimov Axar.az-a təsdiqləsə də, qarşı tərəfin cavabının hələ məlum olmadığını vurğulayıb. Onun sözlərinə görə, 31 yaşlı qapıçıya iki illik müqavilə təklif olunub.

Maklaflinin son klubu ötən mövsüm 33 dəfə meydana çıxdığı "Harts" olub. O, əvvəllər İngiltərə klublarında, o cümlədən, "Bredford" və "Barton"da da çıxış edib. Təcrübəli oyunçu bu ildən Şotlandiya millisinə dəvət almağa başlayıb və iyunun 2-də Meksikaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə debüt edib.

Qeyd edək ki, "Qarabağ" klubunun italiyalı qapıçı Vinçenzo Fiorillonu heyətinə qatmaq niyyətində olduğu barədə məlumat yayılmışdı. Qeyd olunurdu ki, Ağdam təmsilçisi 28 yaşlı qolkiperin çıxış etdiyi "Peskara" klubu ilə razılıq əldə edib və transfer üçün 600 min avro ödəməyi planlaşdırır.

Xatırladaq ki, Qarabağ klubu ötən günlərdə 5 ildir ki, Qarabağın şərəfini qoruyan bosniyalı İbrahim Şehiçlə yollarını ayırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol