• $
  • £

Çökən yolun altında 2 mərtəbəli zirzəmi aşkarlanıb - FOTOLAR

Çökən yolun altında 2 mərtəbəli zirzəmi aşkarlanıb - FOTOLAR
19.07.2018 16:41
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın zirzəmi hissəsi tamamilə sökülür. Söküntülər zamanı zirzəminin 2 mərtəbəli olması müəyyən olunub. Hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır.

Qeyd edək ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib.

Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.
 






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
İqtisadiyyat 10:48
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
İqtisadiyyat 10:40
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
 Azərbaycanda dizel bahalaşacaq
İqtisadiyyat 09:53
Azərbaycanda dizel bahalaşacaq
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
İqtisadiyyat 06:04
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
İqtisadiyyat 05:09
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı
İqtisadiyyat 04:25
Bakıda dolların satışı dayandırıldı? Bankların cavabı
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
İqtisadiyyat 03:21
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
İqtisadiyyat 02:30
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
İqtisadiyyat 01:24
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol