Azərbaycanlı deputatın qiymət artımından XƏBƏRİ YOXDUR
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Tarif Şurası ictimai nəqliyyatda gediş haqqının avqustun 1-dən 50 faiz artırıldığına dair qərarını açıqlayıb.
Sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib".
Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı böyük rezonans doğurub.
Məsələ ilə bağlı sonxeber.az Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxlayıb.
Deputat hazırda ölkədə olmadığını və Tarif Şurasının əhali arasında ajiotaj yaradan qərardan xəbərsiz olduğunu bildirib:
"Hazırda ölkədə deyiləm, qiymət artımından xəbərim yoxdur", deyə o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər