• $
  • £

Dünyanın ən qədim şirkətləri - SİYAHI

Dünyanın ən qədim şirkətləri - SİYAHI
15.10.2014 18:46
Hesablamalara görə, müasir dünyamızda yaradılan bir şirkətin orta ömrü 40-50 il təşkil edir. Amma bəzi şirkətlər var ki, 100, hətta 1000 ildən çox yaşı var. Bu şirkətlər nə qədər iqtisadi böhranlar, nə qədər dünya müharibələri görsələr də, öz işlərini indiyədək uğurla davam etdirirlər. Həm də əksər qədmi şirkətlər onları quran ailələr tərəfindən idarə olunur. ANN.Az "Business Insider" saytına istinadən ən qədim şirkətləri təqdim edir: 1. Nisiyama Onsen Keiunkan - 705-ci ilDünyanın ən qədim hoteli - Yaponiyanın Yamanaşı şəhərində fəaliyyət göstərir. 705-ci ildən bəri fasiləsiz xidmət göstərməyi ilə hotelin adı Ginnesin Rekordlar Kitabına düşüb.2. Stiftskeller St. Peter - 803-cü ilAvstriyanın  Zaltsburq şəhərindəki bu restoran 803-cü ildən indiyə kimi fasiləsiz olaraq əhaliyə və şəhərə gələn turistlərə xidmət edir.3. Sean's Bar - 900-cu ilAvropanın ən qədim barlarından hesab olunan bu yer İrlandiyanın Atlon şəhərindədir.4. Weihenstephan - 1040-cı ilAlmaniyanın Bavariya əyalətində yaradılan bu pivə şirkəti 2040-cı ildə 1000 yaşını qeyd etməyə hazırlaşır.5. Frapin - 1270-ci ilFransanın Seqonzak şəhərindəki konyak istehsal edən şirkəti yaradan ailə indiyə kimi quruma rəhbərlik edir.6. The Shore Porters Society - 1498-ci ilŞotlandiyanın Aberdin şəhərindəki logistik şirkət indiyə qədər varlığını qoruya bilib.7. Beretta - 1526-cı ilİtaliyanın Qardon şəhərində yaradılan dünyanın ən qədim silah istehsal edən şirkəti. Yaradıldığı ailə tərəfindən indiyədək idarə olunur.8. Cambridge University Press - 1534-cü ilİngiltərənin Kembric Universitetinin nəşriyyat evi dünyanın ən qədim nəşriyyatlarından biri hesab olunur. İsaq Nyutonun klassik əsəri hesab olunan "Principia Mathematica" bu nəşriyyatda ilk dəfə dərc olunub.9. Whitechapel Bell Foundry - 1570-ci ilİngiltərənin London şəhərində yaradılan zınqırov istehsal edən şirkət düz 27 ingilis kral və kraliçanı qəbirə yola salıb.10. Bushmills - 1608-ci ilDünyanın ən qədim viski evi Şimali İrlandiyanın Antrim bölgəsində yerləşir. Bu markanın adı Ceyms Consun məşhur "Uels" romanında da çəkilir.11. Zildjian - 1623-cü ilOsmanlı imperiyası zamanında İstanbulda Avenis Zilciyan tərəfindən yaradılan bu şirkət hələ də tanınmış musiqi qruplarının istifadə etdiyi zərb alətlərinin istehsalçıdır. Rolling Stones və The Beatles kimi dünyaca məşhur qrupların musiqiçiləri məhz "Zildjian" zərb alətlərindən istifadə edib. 12.Gekkeikan - 1637-ci ilYaponiyanın Kyoto şəhərində yaradılan bu şikət yaponların milli içkisi hesab olunan sake istehsal edir.13. Shirley Plantation - 1638-ci ilAmerikanın ən qədim ailə şirkəti bir çox tarixi hadisələrə şahid olub. 14. Royal Delft - 1653-cü ilDünyanın ən qədim saxsı qab istehsalçısı olan bu şirkət Hollandiyanın Delft şəhərində yerləşir.15. Twinings - 1706-cı ilÇay istehsal edən bu şirkət isə Londonun mərkəzində yerləşir.16. Sotheby's - 1744Hələ də adını tez-tez eşitdiyimiz hərrac şirkəti olan "Sotheby`s" əsrləri arxada qoyaraq günümüzə qədər yaşamağı bacarıb. Şirkəti kitab satıcısı Samuel Baker yaradıb.Hazırladı NurayANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun:öz təsirini yarat” mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:45
Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun:öz təsirini yarat” mövzusunda təlim keçirilib
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kreditaksiyası keçirir
İqtisadiyyat 12:50
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kreditaksiyası keçirir
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD)sisteminə qoşulub
İqtisadiyyat 12:47
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD)sisteminə qoşulub
"Bitcoin"in qiyməti bahalaşıb
İqtisadiyyat 10:02
"Bitcoin"in qiyməti bahalaşıb
Qızılın qiyməti rekord həddə çatıb
İqtisadiyyat 09:56
Qızılın qiyməti rekord həddə çatıb
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
İqtisadiyyat 09:54
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:41
"Brent" neft bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:18
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
İqtisadiyyat 14:33
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol