• $
  • €
  • ₽
  • ₺
  • £

Salanın ölümdən sonrakı fotosunu yayan 2 nəfər həbs olundu

Salanın ölümdən sonrakı fotosunu yayan 2 nəfər həbs olundu
28.05.2020 22:12
Britaniya polisi aviaqəzada həlak olmuş futbolçu Emiliano Salanın ölümdən sonrakı fotolarını çəkən 2 nəfəri həbs edib.

Həmin şəxslər mərhum idmançının fotolarını yaymaqda ittiham olunurlar.

Anews.az goal.az-a istinadən xəbər verir ki, faktla bağlı 48 yaşlı qadın və 62 yaşlı kişi saxlanılıb. Polislər güman edirlər ki, onlar meyitxananın kompyuterindəki fotolarını oğurlayıblar, sonra isə şəkli sosial şəbəkədə yayıblar.

Qeyd edilir ki, foto bir neçə həftə əvvəl sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, 28 yaşlı argentinalı futbolçunun olduğu təyyarə yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı radardan itib. Təyyarənin qalıqları fevralın əvvəllərində La-Manş boğazının dibində tapılıb. Futbolçunun cəsədi fevralın 8-də suyun dibindən çıxarılıb.

Uelsin "Kardiff Siti" komandası FIFA-ya təyyarə qəzasında dünyasını dəyişən futbolçu üçün Fransa "Nant"ına ödəniş etməyəcəyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol