• $
  • £

Musa Yaqubun Avstriyada yaşayan nəvəsi...

Musa Yaqubun Avstriyada yaşayan nəvəsi...
06.05.2019 09:32
Səsindəki qəribə həzinlik adamın ruhunu oxşayır. Dinlədikcə, bu səsin dərinliklərində vətənə, insanlara sevgi dolu kövrək bir ürəyin döyündüyünü duymamaq olmur. Onu daha çox danışdırmağa, daha yaxından tanımağa çalışdım. Söhbətimiz boyu qərib bir ölkədə özü boyda Azərbaycan olmağa cəhd edən bu xanımın arzularına heyran oldum. Onların hər biri vətənlə, xalqla bağlıdır. Bu gənc xanımın istəklərinin hamısına sanki doğma məmləkətin dərdi, sevinci hopub. Avstriyayla Azərbaycan arasında mədəni əlaqələrin daha sıx olmasında iştirak etməyə, Azərbaycanın Avstriyada daha çox tanınmasında xidmət göstərməyə çalışır. İndiyədək avstriyalı şairlərdən Heinrik Böllün, Erik Fridin şeirlərini azərbaycan dilinə tərcümə edib. Thomas Bernhardın da şeirlərini dilimizə çevirməyə hazırlaşır. Alman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini, siyasi kitabları, dünya dramaturqlarını yorulmadan mütaliə edir. Ana dilini təkmilləşdirməkdən ötrü Azərbaycan ədiblərinin əsərlərini sevə-sevə oxuyur…

Deyir ki, "Hər günüm gərgin iş rejimi ilə, əziyyətlə keçir ki, nəsə mənimsəyə, qazana bilim, bilik və bacarıqlarımı təkmilləşdirim. Bu ölkədə milli kimliyimi itirməyim"…

Haqqında söhbət açdığım Nərgiz xanım Gəraylı böyük şairimiz Musa Yaqubun nəvəsidir. İsmayıllıda doğulsa da Bakıda böyüyüb boya-başa çatıb. Səkkizinci sinfədək 276 saylı məktəbdə oxuyub. Sonra valideynləri ilə birlikdə Avstriyanın İnnsbruk şəhərinə köçüblər. Tam orta təhsilini burada gimnaziyaların birində başa vurub. 2012-2016-cı illərdə Lepold-Franzens Universitetinin siyasi elmlər fakultəsində ali təhsil alıb. 2017-ci ildən həmin universitetin gender mədəniyyəti və sosial dəyişiklik fakultəsinin magistraturasında təhsilini davam etdirir. Bundan əlavə Salzburq şəhərindəki xüsusi akademiyada sosial-peşə pedaqoqu ixtisasına yiyələnib. Gənclərə kouçluq etmək üzrə təhsil alıb. Eyni zamanda 2013-2016-cı illərdə ictimai təşkilatlardan birində tərcüməçi kimi çalışıb. 2017-ci ildən Tirol sosial xidmətlərində mütəxəsis-məsləhətçi işləyir…

…Atası Elşən Gərayevin öz şəxsi biznesi vardır. Anası Səhər xanım Azərbaycan Dillər Universitetini bitirib. Hazırda yaşadığı şəhərdə klinikada çalışır. Qardaşı Gəray isə Avstriya universitetlərindən birində beynəlxalq maliyyə üzrə ali təhsil alır…

İngilis, alman, rus, türk dillərində sərbəst danışa bilən, bir az da fransız dilində fikirlərini ifadə etməyi bacaran bu xanım, ancaq milli musiqimizi, daha çox klassiklərimizin bəstələrini dinləyir. Gözəl rəsm əsərlərinə tamaşa etməkdən xüsusi zövq alır…

Deyir ki,- "Avstriya məktəblərində ədəbiyyatı az tədris edirlər. Mən ədəbiyyatı, necə deyərlər, öz zəkamda, zehnimdə Azərbaycandan gətirmişəm. Burada şagirdlərə duyğusallıq, poeziyaya vurğunluq aşılanmır, əsasən reallığı təbliğ edirlər. Avstriyalılar üçün "Biz" anlamından çox, "Mən" anlamı daha önəmlidir. Hər şey "Mən"-dən başlayır. Özünə inam, öz gücünə arxalanmaq, heç kimdən kömək ummamaq avstriyalıların həyat kredosudur. Ona görə də burada sosial ünsiyyət çox zəifdir"…

2017-ci ildən "Anatyrolia" teatr qrupunun üzvüdür. Müxtəlif səhnəciklərdə həvəskar aktrisa kimi rollar alır. Çalışır ki, bir azərbaycanlı kimi xalqımızın zəngin mədəniyyətə malik olduğunu yerli insanlara çatdıra bilsin. 
Hər yerdə halallıq axtarır, söyləyir ki, siyasət də halallıq üzərində qurulmalıdır. "Mən mühacirlərlə işləyirəm. Əfqanıstandan, Somalidən, eləcə də dünyanın bir sıra ölkələrindən Avstriyaya pənah gətirən bu insanların vətəni tərk etməsinə səbəb xarici müdaxilənin təsiri olsa da, Azərbaycandan gələn mühacirlər daxili savaşın nəticəsində ölkəni tərk edirlər. Necə deyərlər, sapı özümüzdən olan baltalardan qurtulub mühacir həyatına qədəm qoyurlar"- deyir…

Bəli, xanımın yaşını deməzlər. Amma o vaxt demirlər ki, otuzdan yuxarı olur. O isə iyirmi səkkiz yaşın içindədir. Hələ heç ailə də qurmayıb. Azərbaycan poeziyasına, o cümlədən babası Musa Yaqubun yaradıcılığına dərindən bələd olan bu gənc xanımın dünya görüşü, hadisələrə verdiyi təhlil, real baxışları, davranışı yüksək mədəniyyətindən, kübarlığından, ziyalılığından irəli gəlir. Başqa cür ola da bilməz, axı o, gözəl insan, böyük şairimiz Musa Yaqubun nəvəsidir…

P.S. İyunun 2-də Nərgiz xanımın doğum günüdür. Fürsətdən istifadə edib, onu bu münasibətlə öncədən təbrik edir, ona bir ömür uğur arzulayırıq...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol