Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, mərasimdən sonra mərhum Xalq şairi I Fəxri xiyabanda dəfn olunacaq.