• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək - AFİŞA

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək - AFİŞA
28.05.2020 22:09
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək.

"Report"un məlumatına görə, İngiltərədə təşkil olunacaq matçda "Liverpul" İspaniya "Barselona"sını qəbul edəcək. "Mersisaydlılar" səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. 

Amma "Liverpul" oyuna ciddi itkilərlə çıxacaq. İspaniyadakı qarşılaşmanın 24-cü dəqiqəsində zədələnən Nabi Keyta üçün mövsüm başa çatıb. Brazilyalı hücumçu Roberto Firminonun da eyni səbəbdən bugünkü matçı buraxacağı dəqiqdir. Baş məşqçi Yurgen Klopp həftəsonu İngiltərə Premyer Liqasında "Nyukasl" ilə görüşdə başından zədə alan Məhəmməd Salahın da meydana çıxmayacağını təsdiqləyib. Əzələsində problem olan Adam Lallananın iştirakı isə sual altındadır.

Əvəzində qonaqların heyətində yeganə itki ötən həftəsonu "Selta" ilə İspaniya La Liqası matçında zədələnmiş Usman Dembeledir. Luis Suares və Filippe Koutinyo sabiq komandalarına qarşı ilk dəfə "Enfild"də çıxış edəcəklər. 

Cari mövsümdə "Liverpul" ÇL-də doğma meydanda keçirdiyi 5 matçın 4-də qalib gəlib, 1-də isə heç-heçə edib. Katoloniyalılar isə ümumiyyətlə, məğlub olmayıb. "Liverpul" və "Barselona" komandaları "Enfild" stadionunda ümumilikdə 3 dəfə qarşılaşıblar. Bu görüşlərin 2-də katoloniyalılar, 1-də mersisaydılar qələbə qazanıb.
Çempionlar Liqası 
Yarımfinal, cavab oyunu 
7 may 
23:00. "Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya)
Baş hakim: Cünyet Çakır (Türkiyə)
Liverpul "Enfild"



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol