• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Bakıdakı "Stimul Hospital"da BİABIRÇILIQ — Müayinə olunmaq istəyən xəstəni....

Bakıdakı
16.05.2019 23:04
Bakıda fəaliyyət göstərən "Stimul Hospital"da xoşagəlməz hadisə baş verib. 

Demokrat.az xəbər verir ki, qarın nahiyyəsində və mədəsində ağrılardan şikayətçi olan Məhbubə Təhməzova adlı vətəndaş müayinə olunmaq üçün sözügedən tibb müəssisəsinə müraciət edib. Bu zaman özünü "Stimul Hospital"ın şübə müdiri kimi təqdim edən, ad və soyadını söyləməyən xanım əməkdaş xəstə ilə çox kobud şəkildə rəftar edərək, onu acılayıb. Daha sonra isə həmin xanım əməkdaşın göstərişi ilə xəstə və onun yaxınları məcburi şəkildə "Stimul Hospital"ın binasıdan çıxarılıblar. 

Məhbubə Təhməzova göstərilən kobud rəftara görə sözügedən klinikadan şikayətçi olduğunu bildirib:

"Bizə qarşı edilən kobuduq rəftarla əlaqədar Baş həkimə şikayət etmək istədim. Ancaq həmin şəxslər məni və yaxınlarımı klinika rəhbərliyi ilə görüşməyə imkan vermədilər. Bizi zorla binadan çıxartdılar". 

O, "Stimul Hospital"da üzləşdiyi xoşagəlməz hallarla əlaqədar Səhiyyə Nazirliyinə şikayət edəcəyini söyləyib. 
 

 
Xatırladaq ki, paytaxtın Sabunçu rayonunda yerləşən "Stimul Hospital”da bu cür xoşagəlməz halların baş verməsi birinci hal deyil. Ötən il sözügedən klinikada xəstə əməliyyat masasında vəfat etmişdi. 

Belə ki, həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılmışdı, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilmişdi.

Plastik cərrah Elçin Zodan da açıqlamasında məlumatı təsdiqləmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:14
Külək güclənəcək - XƏBƏRDARLIQ
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Cəmiyyət 18:07
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Sabahdan rayonlara leysan yağacaq
Cəmiyyət 16:35
Sabahdan rayonlara leysan yağacaq
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol