• $
  • £

Məşhur onkoloq xərçəngin əmələgəlmə SƏBƏBLƏRİ AÇIQLADI

Məşhur onkoloq xərçəngin əmələgəlmə SƏBƏBLƏRİ AÇIQLADI
12.06.2019 19:37
Son illərdə onkoloji xəstəliklərin təsadüf olunma göstəriciləri artıb. Ən çox yayılanı kişilər arasında ağciyər, prostat vəzi, qadınlar arasında süd vəzi xərçəngidir. Bəzi şiş növləri arasında isə azalma və stabillik görünür. Məsələn, əvvəllər ən çox mədə xərçəngi ilə qarşılaşırdıq, amma son illər bu stabilləşib.
Oxu.Az xəbər verir ki, bunu məşhur onkoloq, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Baxmayaraq ki, mən özüm onkoloqam, bu sahənin mütəxəssisiyəm – deyə bilərəm ki, onkoloji xəstəliklərin əmələ gəlmə səbəbini dəqiq bilmirik”, - deyən komitə sədrinin sözlərinə görə, bütövlükdə dünyanın aparıcı klinikalarında bir neçə min xəstə üzərində aparılan genişmiqyaslı tədqiqatlar təsdiq edib ki, onkoloji xəstəliklərin əmələ gəlməsində birinci yeri qida faktoru tutur.

"İkinci yerdə siqaret çəkmək və ətraf mühit, üçüncü reproduktiv münasibətlərin pozulması - reproduksiyadır. Repruduksiya dedikdə, övlad dünyaya gətirmək, körpəyə süd vermək, qadınların ailə qurmaq yaşı və s. başa düşülür. Bu faktorlar xərçəngin əmələ gəlməsinin təxmini 65-70 faizini təşkil edir.
Bizim qəbul etdiyimiz qidalar hətta mədə-bağırsaqla əlaqəli olmayan onkoloji xəstəliklərin yaranması ilə nəticələnir. Həddindən artıq heyvani piylərlə zəngin, konservləşdirilmiş, qızardılmış qidalar, qırmızı ət ölkəmizdə qida rasionunun əsasını təşkil edir.
Hansı ölkələrdə ki balıq və ağ ət adlandırdığımız toyuq ətindən istifadə olunur, meyvə-tərəvəz qida rasionunda xüsusi yer tutur, bitki mənşəli qidalardan daha çox istifadə edirlər, həmin ölkələrdə bir çox onkoloji patologiyaların sayı azdır.
Bunu mən demirəm, dünya statistikası təsdiqləyir. Ona görə şiş əleyhinə mübarizə dünyanın bir çox ölkələrində dövlət proqramı var. Bizdə də bu hazırlanır. Həmin proqramlarda qida faktoruna xüsusi yer ayrılır və insanlar bu istiqamətdə maarifləndirilir.
Məsələn, ABŞ-da hesab edirlər ki, həftənin azı dörd günü zəngin meyvə və tərəvəz yeyilməlidir. Bu cür sistemli qidalanmaqla bir çox şişlərin qarşısını almaq olar. Ətraf mühit də onkoloji xəstəliklərin artmasında rol oynayır.
Atmosferə atılan tullantılar, yuxarı tənəffüs yolları, ağciyər xərçənginin əmələ gəlməsində ətraf mühit faktorunun xüsusi rolu var”, - deyə komitə sədri əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Cəmiyyət 18:16
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Cəmiyyət 16:36
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Cəmiyyət 14:44
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
Cəmiyyət 13:49
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Cəmiyyət 13:26
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Cəmiyyət 13:10
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox