• $
  • £

Ermənistan XİN-dən Qarabağla bağlı şok bəyanat

Ermənistan XİN-dən Qarabağla bağlı şok bəyanat
14.08.2019 17:58
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Baş Nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.


Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Mnatsakanyan bu haqda Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb.


Paşinyan avqustun 5-də Xankəndində demişdi: "Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”


"Ermənistanın Baş Naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi,-red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”,-Mnatsakanyan bildirib.


Onun sözlərinə görə, Ermənistan XİN əvvəlki bəyanatlarında da Xankəndində deyilənləri təsdiqləmişdi. "Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”,-Xarici İşlər naziri əlavə edib.


Xatırladaq ki, Paşinyanın bəyanatlarına Bakıdan sərt etiraz bildirilib, Ermənistan rəhbərliyinin Qarabağa dair təhrikedici bəyanatları münaqişə ətrafında atmosferi daha da gərginləşdirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çexiyanın Baş naziri Azərbaycana gəlib - Yenilənib
Siyasət 20:35
Çexiyanın Baş naziri Azərbaycana gəlib - Yenilənib
Əliyev mərasim iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 15:53
Əliyev mərasim iştirakçılarına müraciət ünvanlayıb
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmayamünasibət bildirib
Siyasət 13:42
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmayamünasibət bildirib
Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilətəbrik edib
Siyasət 13:18
Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilətəbrik edib
Prezident Vaşinqtonda baş verən atışma ilə bağlı paylaşım edib
Siyasət 10:46
Prezident Vaşinqtonda baş verən atışma ilə bağlı paylaşım edib
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
Siyasət 20:30
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
Prezidentin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı videoçarx paylaşılıb - Video
Siyasət 20:15
Prezidentin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı videoçarx paylaşılıb - Video
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
Siyasət 17:00
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Siyasət 16:00
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol