• $
  • €
  • ₽
  • ₺
  • £

Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama

Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
25.06.2026 12:45

ABB dünən bəzi müştərilərin kart hesablarında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb. Bankın sosial media səhifələrində yayılmış açıqlamada deyilir ki, dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb. Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir.

“Yaranmış vəziyyət Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə aradan qaldırıldı və bütün hesablar tam bərpa edildi.

Bu müddətdə ABB mobile tətbiqinə eyni vaxtda çoxsaylı müraciətlər səbəbindən bəzi istifadəçilərimiz tətbiqdə müvəqqəti yubanma və giriş çətinliyi ilə üzləşmişdilər. Hazırda tətbiq də tam normal rejimdə xidmətinizdədir”.

Bankın açıqlamasında vurğulanır ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansı kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi pozuntusu ilə bağlı olmayıb. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamankı kimi tam təhlükəsiz şəkildə qorunub. 

“Yaranmış narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayış və təmkinli davranışa görə Sizə dərin təşəkkürümüzü bildiririk” – deyə ABB-nin açıqlamasında bildirilir: “Müştərilərimizə təqdim etdiyimiz rəqəmsal xidmətlərimizin dayanıqlılığının və etibarlılığının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Etimadınız bizim üçün ən böyük dəyərdir! Doğma bankınıza hər zaman güvənə bilərsiniz!”

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol