• $
  • £

Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!

Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
11.09.2019 17:52
İnternet və sosial şəbəkədən çox istifadə edənlər üçün ən sərfəli tarif sayılan "CavanNar”-a qoşulanların sayı artmaqdadır. Belə ki, son 1 ayda ikiqat internetdən yararlanmaq imkanı verən "CavanNar” istifadəçilərinin sayı 17% artıb. Qeyd edək ki, "CavanNar 9” abunəçilərə aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə verir. "CavanNar 6” isə 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. Tariflərə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər.

Hər zaman müştərilərinin tələblərini nəzərə alan "Nar”, "CavanNar” tarifi üçün təkliflərini daha da artırıb. Belə ki, artıq "CavanNar” abunəçilərinə əlavə internet paketləri sifariş etmək imkanı verir. Istifadəçilər tələblərinə uyğun olaraq 500 MB və ya 1GB əldə edə bilərlər. 

Əlavə internet paketlərini aktivləşdirmək üçün müvafiq olaraq *777#2#YES (500MB) və *777#4#YES (1GB) kodlarını yığmaq lazımdır. Eyni əməliyyatı daha asan və qısa zamanda həyata keçirmək üçün yeni istifadəyə verilmiş "Nar+” mobil tətbiqindən də yararlanmaq mümkündür. Qeyd edək ki, əlavə internet paketlərindən aylıq abunə haqqını ödədikdən sonra istifadə etmək olar.

"CavanNar” paketləri haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gənclər təşkilatları üçün 100 min manatadək birgə qrant müsabiqəsi elan edilib
Cəmiyyət 12:00
Gənclər təşkilatları üçün 100 min manatadək birgə qrant müsabiqəsi elan edilib
Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur
Cəmiyyət 11:57
Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı!
Cəmiyyət 11:50
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı!
Xocalıda minaya düşən ANAMA əməkdaşı ayağından amputasiya edilib
Cəmiyyət 11:46
Xocalıda minaya düşən ANAMA əməkdaşı ayağından amputasiya edilib
AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb
Cəmiyyət 11:38
AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 2 869 ton taxıl göndərilib
Cəmiyyət 11:35
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 2 869 ton taxıl göndərilib
“AzInTelecom” media nümayəndələri üçün süni intellekt təlimi keçirib
Cəmiyyət 11:13
“AzInTelecom” media nümayəndələri üçün süni intellekt təlimi keçirib
Milli Məclisin komitə iclasları başlayır
Cəmiyyət 10:55
Milli Məclisin komitə iclasları başlayır
Xəzərdə zəlzələ olub
Cəmiyyət 10:46
Xəzərdə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol