• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH

Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH
19.09.2019 16:33
"Bu müvəqqəti xarakterli dəyişikliklərdir və qlobal hər hansı bir proseslə əlaqələndirmək doğru olmaz".
 
Bu sözləri EkoNews-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
 
Ötən axşam ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini endrib. Bundan əvvəl isə Avropa Mərkəzi Bankı depozit faizlərini aşağı salıb. Bu arada neft qiymətlərində artım müşahidə olunur. Bütün bunlar dünya iqtisadiyyatının yeni mərhələyə qədəm qoymasını deməyə əsas verirmi?
 
Rəşad Həsənovun sözlərinə görə, bu dünya iqtisadiyyatında yeni bir mərhələ kimi görülməməlidir. Çünki fundamental hər hansı bir dəyişiklik baş vermir:
 
"Bunlar iki, üç aydan bir çox ölkələrdə bu Mərkəzi Bankların əvvəlcədən müəyyən etdiyi cədvələ uyğun olaraq keçirdiyi toplantıların nəticəsində verilən qərarlardır. Sadəcə bu qərarların verilməsi dünya iqtisadiyyatında baş verən proseslərin fonunda müşahidə olunur. Yəni FED-in uçot dərəcəsinin azaltması xüsusilə son günlərdə baş verən ticarət savaşları dünya iqtisadiyyatının artım tempinə neqativ təsir göstərməsi ilə bağlıdır. Təbii ki, FED bu qərarı verməklə ABŞ-la bağlı digər məsələləridə nəzərə alır. Buna misal ABŞ-da inflyasiya səviyyəsi, inflyasiya hədəfləri, eyni zamanda ABŞ iqtisadiyyatında müşahidə olunan istehlak inam indeksi, məşğulluq, ümumidaxili məhsulun artım tempi və s. göstərmək olar. Ancaq eyni zamanda qlobal sferada qiymətləndirmə aparsaq, daha çox məhz ticarət savaşları kimi məqamlar öz əksini tapır".




 
Bu qərarların ölkəmizə, iqtisadiyyatımıza təsirinə toxunan ekspert qeyd edib ki, Azərbaycan da isə situasiya fərqlidi:


"Ölkəmiz 2010-2015-ci ildən başlayaraq uçot dərəcəsini kəskin artırılıb və indiki halda korreksiya prosesi gedir. Sərt kredit siyasətinin uzun müddətli dövrdə davam etdirilməsi iqtisadiyyatın inkişafı istiqamətində atılan addımların effektini zəiflədə bilər. Bunun nəticəsi kimi biz də son 3 ildə islahat xarakterli müxtəlif strategiyalar həyata keçirilir. Amma bu starategiyaların iqtisadiyyata transfarmasiya prosesi zəif gedir. Bunun da səbəblərindən biri kimi məhz sərt kredit siyasəti hesab edilə bilər. Çünki, maliyyə çıxış imkanları dəstəklənmədikcə, eyni zamanda şərtlər yumşaldılmadıqca, islahatların iqtisadiyyatı şaxələndirməsi ehtimalları nisbətən azalır".


Rəşad Həsənovun sözlərinə görə, Mərkəzi Bank hazırda yaranmış konyuktor fonunda, yəni neftin qiymətinin proqnozun üzərində olması, ticarət saldosunun müsbət olması, eyni zamanda strateji valyuta ehtiyatlarının artımı fonunda bu qərarı qəbul edir:


"Məsələn bu gün Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini əvvəlki səviyyədə (-) saxladı. Hər bir ölkə bu qərarları öz iqtisadiyyatı üçün müşahidə edilən şərtlər daxilində qəbul edir. Buna görə də düşünmürəm ki, bu tendesiyanı hər hansı bir yeni mərhələnin başlanması kimi qiymətləndirmək doğru olar. Bilirik ki, neftin qiymətinin artımı xüsusilə bəzi siyasi faktorlardan qaynaqlandı. Məsələn, Səəduyyə Ərəbistanına olan hücumlar qiymət artımlarını gücləndirən əsas səbəb kimi çıxış etdi. Son günlərdə isə qiymətlərdə sabitləşmə prosesi başlayıb və iki gündə "Brent” markalı neftin bir barrelinin qiyməti təxminən 6 dollar azalaraq 63 dollara düşüb. Halbu ki, qiymətlər 70 dollara qədər bahalaşmışdı. Bu müvəqqəti xarakterli dəyişikliklərdir və qlobal hər hansı bir proseslə əlaqələndirmək doğru olmaz".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
İqtisadiyyat 10:14
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol