• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti: “Maşın” şouya Murad Dadaşovun özündən belə təklif gəlsə, qəbul etmərəm -FOTOLAR

Xalq artisti: “Maşın” şouya Murad Dadaşovun özündən belə təklif gəlsə, qəbul etmərəm -FOTOLAR
29.05.2020 00:54
"Maşın” şou ilə bağlı şəxsən Murad Dadaşovun özündən belə təklif gəlsə, qəbul etmərəm.
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.  
"Şou ilə bağlı təklif gəlməyib. Bir çox şeylər nə mənə, nə də sənətimə uyğundur. Amma Murad Dadaşovun özündən təklif gəlsə belə, qəbul etmərəm. Bir çox tələblərim var. Həmçinin, özümü o şouda görmürəm. Sənətimi o maşından və var-dövlətdən yüksəkdə tuturam. Sənətimi çox sevirəm. Yüngül şeylərə görə özümü və sənətimi heç edə bilmərəm.


Xanəndələr arasında da qalmaqal və ya söz-söhbət baş verir. Amma sənətimizə yad olan bəzi məsələlərə görə baş verənləri efirə çıxartmaq və bir-birimizə cavab vermək bizə yaraşmaz. Onlar cılızlıqdan irəli gəlir.
Hazırda qalmaqalları çox aqressiv şəkildə tamaşaçılara çatdırırlar. Düzdür, bu, onların öz işidir. Amma biz xanəndələr bunu edə bilmərik. Xanəndələrimizin o sıralarda olmasını istəmirəm. Kiməsə də mənimlə qalmaqal yaratmasına icazə vermərəm”, - deyə Xalq artisti qeyd edib.  
Nəzakət Teymurova xanəndəlik sənətinə qazanc məqsədilə gələnlərin də olduğunu bildirib:
"Tələbələrimdən birinə hələlik fonoqramla oxumasını söylədim. Amma aldığım cavab məni təəccübləndirdi. Belə ki, verilişlərə çıxandan sonra artıq 3-4 tədbirə dəvət aldığını dedi. Ümumiyyətlə, xanəndəlik sənəti çətindir. Öhdəsindən gəlmək üçün də güc lazımdır. Ehtiram Hüseynov və Təyyar Bayramovu bəyənirəm”.

Son vaxtlar estetik əməliyyat etdirdiyi ilə bağlı yayılan xəbərlərə gəlincə, Xalq artisti qeyd edib ki, deyilənlər doğru deyil:
"Amma müəyyən vaxtdan sonra mən də özümə əl gəzdirmək istəyirəm”.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol