• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Xoşqədəmin verilişinə çıxan Hadı Rəcəbli etirazla qarşılandı – VİDEO

Xoşqədəmin verilişinə çıxan Hadı Rəcəbli etirazla qarşılandı – VİDEO
19.10.2019 14:41
Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblinin "Səni axtarıram” proqramında ekspert kimi görünməsi bir çox tamaşaçını qıcıqlandırıb. Uzun illərdir ölkənin sosial siyasətinə rəhbərlik edən millət vəkilinin fəaliyyətindən narazı insanlar Xoşqədəm Hidayətqızına etiraz ediblər.

BAKU.WS xəbər verir ki, aparıcı deputatdan "İnstagram” hesabında yazılan mənfi rəylərə cavab verməsini istəyib. Hadı Rəcəbli barəsində yazılanların haqsız olduğunu bildirərək, narazıları qəbuluna dəvət edib:

"İlk növbədə demək istəyirəm ki, o adamlar kütlə psixologiyasına uyub, orada-burada yazılanlara haqq-nahaq, ədalətsiz uyurlar. Təəssüf edirəm. 
Bu birinci dəfə deyil, mən 50 ildir peşəkar siyasətdəyəm. Xahiş edirəm, o adamlar mənim qəbuluma gəlsinlər, mənimlə ünsiyyətdə olsunlar, söhbət etsinlər. Nə qədər qaldırırıq, nə qədər görülən işlər var, hamısına aydınlıq gətirim.

25 ildir, 5 seçimdir mən bu komitənin sədriyəm. Deməli, burada nəsə var. Mən çox xahiş edirəm, mənim fəaliyyətimə şübhəsi olan insanlar gəlsinlər, söhbət edək. İmkan daxilində onlara kömək edəcəm. Mənim hər qəbulumda 80 nəfər adam olur. Buyurun, gəlin, danışaq. Onun 20-30 faizinə kömək edəndə özümü xoşbəxt sayıram. 
Odur ki, belə hissə qapılmasınlar, onun-bunun sözünə uymasınlar. Bəzi anlarda hakimiyyəti təmsil edirəm. Mənim seçicilərim bu şeyləri oxuyanda narahat olurlar, narazı qalırlar. Lənkəranda camaat məni tanıyır, bilir. Nəslimi, kökümü tanıyırlar. Hissə qapılmasınlar, müxalif fikirlərə uymasınlar. Gəlsinlər, mən onları qəbul etmək etmək, onlarla fikir mübadiləsi aparmaq istəyirəm”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:14
Külək güclənəcək - XƏBƏRDARLIQ
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Cəmiyyət 18:07
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Sabahdan rayonlara leysan yağacaq
Cəmiyyət 16:35
Sabahdan rayonlara leysan yağacaq
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol