• $
  • £

Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO

Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO
29.05.2020 11:52
Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada yeddinci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxarıldığı barədə məlumat yayılıb.
Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.

APA TV hadisə ilə bağlı araşdırma aparıb. 13 yaşlı Rəfiqə Nuriyeva bildirib ki, hadisə birinci saat tarix dərsində baş verib"Sinif yoldaşım zarafatlaşmaq üçün hamıya vuranda mənim də qolumdan vurmuşdu. Mən əsəbiləşib gedib vurmaq istəyəndə müəllimimiz həmin an müəllimlər otağından çıxıb dərsə gedirdi. Onda müəllim gördü ki, mən başqa bir uşağın arxasınca qaçıram. Mənə "utanmırsan, bir oğlanın dalınca qaçırsan” dedi. Mən də əsəbiləşdim, onda ağzım əyilməyə başladı”.

Gimnaziyanın direktoru Ayət Kərimova hadisənin noyabrın 5-də olduğunu bildirib və hər hansı bir döyülmə hadisənin olmadığını qeyd edib.
Şagirdin atası Elbrus Nuriyev isə uşağı məktəbə qoyduqdan bir saat sonra məktəbdən ona zəng olunduğunu söyləyib:
"Bir saatdan sonra mənə zəng gəldi ki, bəs qorxmayın, uşağınızın sifətində əyilmə var, tez gəlin. Xəstəxanada uşağın ağır olduğunu söylədilər. Və sonra yerləşdirdilər xəstəxanaya”.

Sumqayıt Uşaq Xəstəxanasından isə bildirilib ki, Rəfiqə Nuriyevada gözlə görünəcək hər hansı xəsarət müşahidə olunmayıb:
"5 noyabr 2019-cu il tarixdə uşaq xəstəxanaya üz sinirinin nevriti diaqnozu ilə daxil olub. Və hazırda da müalicə almağa davam edir. Yəni daxil olanda üz sinirinin nevriti diaqnozu qoyulub və bizdə o diaqnoz da təsdiqlənib. Hazırda da bütün nevroloji müayinələr aparılır. Xəstənin vəziyyəti stabildir. Hər hansı ağırlaşma da yoxdur”.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 40 dərəcə isti olacaq
Cəmiyyət 12:15
Sabah 40 dərəcə isti olacaq
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:05
Faktiki hava açıqlanıb
Əməkdar jurnalist Nurani vəfat edib
Cəmiyyət 10:14
Əməkdar jurnalist Nurani vəfat edib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 09:15
Xəzər dənizində zəlzələ olub
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 23:10
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək
Cəmiyyət 22:00
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:48
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub
Cəmiyyət 19:00
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
Cəmiyyət 18:55
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol