• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalıb

Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalıb
14.11.2019 20:00
Bu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya keçən ilin eyni dövrü ilə müqayisədə 0,8% az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,0% azalaraq 1735 nəfər olub.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb. Hadisələrin 46,2%-i gündüz, 36,1%-i gecə, 17,7%-i isə toran vaxtı baş verib, 29,1%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,5%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı keçən ilin müvafiq dövrünə nisbətən 2,0% azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2% azalaraq 1135 nəfər olub.

Məlumata görə, yol-nəqliyyat hadisələrinin 42,0%-i nəqliyyat vasitələrinin və piyadaların, 34,7%-i bir neçə nəqliyyat vasitəsinin, 23,3%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0%-ni, yaralananların isə 74,2%-ni kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti ilə nəticələnən 17 hadisə baş verib, nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Hadisələrin 70,6%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib
Cəmiyyət 16:16
Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq
Cəmiyyət 15:13
Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq
Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb
Cəmiyyət 14:59
Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb
Dövlət sərhədindən narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 14:23
Dövlət sərhədindən narkotik keçirilməsinin qarşısı alınıb

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub
Cəmiyyət 13:47
Tibb üzrə Nobel mükafatı laureatları məlum olub
Nazir Salyanda pambıq pulunu ala bilməyən 180 fermerin məsələsinə münasibət bildirib- Video
Cəmiyyət 13:36
Nazir Salyanda pambıq pulunu ala bilməyən 180 fermerin məsələsinə münasibət bildirib- Video

Prezident Ettienn Berxtoldu qəbul edib
Cəmiyyət 13:36
Prezident Ettienn Berxtoldu qəbul edib


Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlanıb
Cəmiyyət 13:16
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlanıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 12:52
Sabah Bakıya yağış yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol