Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveysi qəbul edib.
Qonaq qəbul üçün dövlət başçısına təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanla Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Ölkədə turizmin inkişafına dövlət dəstəyi, paytaxtla yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması məsələləri vurğulanıb.
Həmçinin Azərbaycanda mövcud sabitliyin turizmin inkişafı üçün əhəmiyyəti qeyd edilib və ölkənin turistlər üçün cəlbedici olduğu bildirilib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.