• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...

Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...
09.12.2019 10:46
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 dekabr 2019-cu tarixinə 3888 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupundan Modern.az-a verilən məlumata görə, itkin düşmüş şəxs kimi rəsmi qeydiyyata alınmış hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718  nəfərdir. Ümumilikdə itkinlərin 3662 nəfərini kişilər, 266 nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir.
 
Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir.  Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.

1 dekabr 2019-cu il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1476 nəfər olub. Onlardan hərbçilər 378 nəfər, mülki şəxslər 1098 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  224-ü  uşaqlar,  354-ü qadınlar,  225-i qocalar olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Cəmiyyət 20:01
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 19:29
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Cəmiyyət 18:37
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Xaricdə təhsil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 17:46
Xaricdə təhsil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:01
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub
Cəmiyyət 16:30
Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Cəmiyyət 16:27
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Bakıda sərnişin avtobusu aşıb
Cəmiyyət 15:55
Bakıda sərnişin avtobusu aşıb
Bakıda bir neçə yolda sürət həddi endirilib
Cəmiyyət 14:03
Bakıda bir neçə yolda sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol