• $
  • €
  • ₽
  • ₺
  • £

DTX-nin həbs etdiyi yüksək vəzifəli məmurun rüşvət etirafları - VİDEO

DTX-nin həbs etdiyi yüksək vəzifəli məmurun rüşvət etirafları - VİDEO
28.05.2020 23:34
Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun saxlanılması ilə bağlı görüntülər yayıb.

Görüntülərdən aydın olur ki, Zakir Sultanov Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsəyib.

Z.Sultanov istintaq zamanı bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı şirkətlə 11 milyonluq müqavilə bağlanıb:

"Həmin puldan şirkətə yeddi milyon manata yaxın məbləğ ödənilib. Şirkət rəhbəri Şamxal Ağaşirinov o puldan 500 min manatını mənə verib”.

Şirkət rəhbəri Şamxal Ağaşirinov isə bildirib ki, layihə ilə bağlı 11 milyon manat dəyərində müqavilə olub:

"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin puldan altı milyonu şirkətimizə ödənilib. Dörd milyon pul qalıb. Onun 20 faizini, yəni 900 min manatını avadanlıq almaq adı ilə Z.Sultanova xidməti otağında vermişəm”.

Keçmiş xidmət rəisi əlavə edib ki, Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz Mədəniyyət Evinin təmiri üçün altı milyon manata yaxın pul köçürülüb:

"Şirkət ondan 751 min manat pulu mənə çatdırıb”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol