• $
  • £

Elçin Quliyevin daha bir zabiti həbs edildi

Elçin Quliyevin daha bir zabiti həbs edildi
29.05.2020 08:37
Dövlət Sərhəd Xidmətinin daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb. 

Demokrat.az xəbər verir ki, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən polkovnik Abdullayev Arif Cəfər oğlu barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, may ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. May ayının 15-də isə Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib. Bunlar DSX-nın rəisi Elçin Quliyevin müavini, general Əfqan Vəli oğlu Nağıyev, zabitlər Vəliyev Elçin Vaqif oğlu, Əzizov Samiq Yusif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğlu və Quliyev Xalis Xudamurad oğludur.(yenisabah.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb
Siyasət 20:09
Azərbaycanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb
Azərbaycan Macarıstana yeni səfir təyin edib
Siyasət 20:00
Azərbaycan Macarıstana yeni səfir təyin edib
Tahir Tağızadə Azərbaycanın Serbiyaya səfiri təyin edilib
Siyasət 19:53
Tahir Tağızadə Azərbaycanın Serbiyaya səfiri təyin edilib
Kamil Xasiyev Serbiyadakı səfir vəzifəsindən geri çağırılıb, Avstriyaya təyin edilib
Siyasət 19:37
Kamil Xasiyev Serbiyadakı səfir vəzifəsindən geri çağırılıb, Avstriyaya təyin edilib
Rövşən Sadıqbəyli BMT-nin Cenevrə bölməsində Azərbaycanın daimi nümayəndəsi təyin olunub
Siyasət 19:34
Rövşən Sadıqbəyli BMT-nin Cenevrə bölməsində Azərbaycanın daimi nümayəndəsi təyin olunub
Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Siyasət 16:22
Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Siyasət 18:06
Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
Siyasət 17:33
Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
Sahibə Qafarova Efiopiyaya gedib
Siyasət 15:11
Sahibə Qafarova Efiopiyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol