• $
  • €
  • ₽
  • ₺
  • £

NFC ilə daha çox qazanc!

NFC ilə daha çox qazanc!
11.06.2020 18:16

 
VISA ilə tərəfdaşlıq çərçivəsində NFC texnologiyasını ilk dəfə ölkəmizə gətirmiş Azərbaycan Beynəlxalq Bankı bu texnologiya vasitəsilə nağdsız ödənişlərin stimullaşdırılması üçün daha bir addım atıb.  Bankın VISA ilə birgə start verdiyi yeni kampaniya NFC istifadəçilərinə xərclərindən qazandıracaq.  

10 avqust 2020-ci il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində öz mobil telefonları ilə NFC texnologiyası  üzərindən hər biri minimum 5 manatlıq 10 ödəniş edən müştərilər 25 manat dəyərində kəşbək qazanacaqlar. Kampaniya dövründə hər bir VISA kartı ilə ayda 1 dəfə kəşbək qazanmaq olar.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının hələ ötən ilin sentyabrından yerli bazara təqdim etdiyi bu yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Bu barədə ətraflı məlumatı buradan əldə etmək olar. Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur.

Azərbaycan Beynəlxalq Bankının "Qayğıkeş” proqramı çərçivəsində bankla tərəfdaş məkanlarda aparılan ödənişlərə görə müştərilər əlavə kəşbək faizləri də qazanırlar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol