• $
  • £

Ermənistana keçən qızın atasına böyük iş tapşırılıb

Ermənistana keçən qızın atasına böyük iş tapşırılıb
08.07.2014 17:00
Bu ilin yanvar ayının 29-da Gürcüstan-Ermənistan sərhədindəki “Baqrataşen” sərhəd-keçid məntəqəsindən Ermənistana keçən 1976-cı il təvəllüdlü Cavid Orucov və həyat yoldaşı Röya Mirzəyeva ilə bağlı sensasiya yaradacaq məlumatlar əldə olunub. Aznews.az-a daxil olan xəbərə görə, düşmən ölkəyə sığınan Röya Mirzəyevanın atası tanınmış bəstəkar, musiqi redaktoru və tərtibatçısı Rauf Əliyevə böyük görəv verilib. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın Dövlət Himninin aranjimanını bəstəkar Rauf Əliyevə həvalə edib. Məsələnin ən maraqlı tərəfi odur ki, Rauf Əliyevin həyat yoldaşının da erməni olduğu barədə informasiyalar var. Saytın əməkdaşı məsələ ilə bağlı Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovla əlaqə saxlayıb. Bəstəkar belə bir faktın olduğunu təsdiqləyib və bildirib ki, Azərbaycanın Dövlət Himnini aranjimanı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Rauf Əliyevə tapşırılıb. İttifaq katibinin dediyinə görə, məsələdən bir neçə gün əvvəl xəbərdar olub: “Bu işdən axırıncı xəbəri olanlardan biri mənəm. Himnin aranjimani Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsi tərəfindən bəstəkar Rauf Əliyevə həvalə olunub. Bildiyimə görə, artıq notlar köçürülüb. Təxminən on gün əvvəl şöbə müdiri Sevda Məlikova mənə zəng etdi ki, gəlin, filarmoniyada himnin yeni variantına qulaq asın. Mən filarmoniyaya çatanda gördüm ki, musiqiçilər bayıra çıxırlar. Səbəbini soruşanda bildirdilər ki, dinləmə prosesi yarım saat tez başlandı və tamamlandı”.S.Fərəcov bildirib ki, himnin yeni variantını dinləmədən keyfiyyət barədə nəsə demək çətindir. Amma onun Azərbaycanı rüsvay edən ailənin başçısına həvalə edilməsi yolverilməzdir: “Düzdür, Azərbaycanda ailəsi erməni olan insanlar var və fakt budur ki, Raufun da həyat yoldaşı ermənidir. Amma Rafun qızı və kürəkəni 3 uşaqla Ermənistana keçib ölkəmizi rüsvay ediblər, sakit oturanlardan deyillər. Ona görə mənim üçün nazirliyin bu işi Rauf Əliyevə həvalə etməsi çox təəccüblü oldu. Çünki aranjiman edən özünü bir növ müəllif kimi hesab edir”.Azərbaycanın Dövlət Himnini aranjimanı Rauf əliyevə verilməsi xəbərini Mədəniyyət və Turizm Nazirliyi də AzNews.az-a təsdiqləyib.Qeyd edək ki, Rauf Əliyevin qızı bundan əvvəl Mirzəyev soyadlı Azərbaycan vətəndaşı ilə rəsmi nikahda olub və daşıdığı Cavid Orucovdan əvvəlki ərinin soyadıdır. Xatırladaq ki, Orucovlar ailəsi Ermənistana keçmək qərarını Azərbaycanda təqiblərə məruz qalmaları ilə əsaslandırmışdılar. Həmin vaxt Orucov iddia etmişdi ki,1983-cü il təvəllüdlü, erməni mənşəli Röya Mirzəyeva ilə evləndikdən sonra xüsusi xidmət orqanları onu təqib etməyə başlayıb. Bundan başqa qeyd edilirdi ki, təzyiqlərə davam gətirməyən Orucov Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə məcbur olub, arvadının xaricdə yaşayan qohumları vasitəsilə Ermənistan və erməni diasporu barədə informasiya toplayaraq onlara ötürüb. Daha sonra ailəsinin başının üstünü alan təhlükəni görən Orucov Avropa ölkələrindən birində siyasi sığınacaq almağa cəhd edib, lakin onu geriyə, Bakıya deportasiya ediblər. Bakıya qayıdandan sonra xüsusi xidmət orqanları yenidən ona təzyiq etməyə başlayıb və Orucov ailə üzvləri ilə birgə Ermənistandan siyasi sığınacaq istəmək qərarına gəlib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Siyasət 23:08
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Türkiyənin vitse-prezidenti Azərbaycanın yeni səfiri ilə görüşüb
Siyasət 18:06
Türkiyənin vitse-prezidenti Azərbaycanın yeni səfiri ilə görüşüb
Həsənov: Dünyanı tariximizə inandıra bilmirik, çünki özümüz ona şübhə ilə yanaşırıq
Siyasət 14:18
Həsənov: Dünyanı tariximizə inandıra bilmirik, çünki özümüz ona şübhə ilə yanaşırıq
Həsən Həsənov: Albaniyanın eramızdan əvvəl IV əsrdə yaranmasını təsdiqləyən mənbə yoxdur
Siyasət 13:56
Həsən Həsənov: Albaniyanın eramızdan əvvəl IV əsrdə yaranmasını təsdiqləyən mənbə yoxdur

Zakir Həsənov Pakistana başsağlığı verib
Siyasət 12:30
Zakir Həsənov Pakistana başsağlığı verib
Ramiz Mehdiyevin cinayət işi məhkəmə baxışına təyin edilib
Siyasət 12:04
Ramiz Mehdiyevin cinayət işi məhkəmə baxışına təyin edilib
Məhkəməyə əlçatan şəxs üçün qətimkan tədbirinə ehtiyac yoxdur - Arzuxan Əlizadə
Siyasət 10:51
Məhkəməyə əlçatan şəxs üçün qətimkan tədbirinə ehtiyac yoxdur - Arzuxan Əlizadə
Babaoğlu: Hələb və İraq türkmənlərinin dili də nəzərə alınmalıdır
Siyasət 10:34
Babaoğlu: Hələb və İraq türkmənlərinin dili də nəzərə alınmalıdır
Azərbaycan XİN Belizi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:25
Azərbaycan XİN Belizi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol