• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nəqliyyat xidmətlərindən gəlirlər 10% artıb

Azərbaycanda nəqliyyat xidmətlərindən gəlirlər 10% artıb
13.10.2026 13:21

2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 12 816,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 faiz çox xidmət göstərilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, xidmətlərin 7 652,2 milyon manatı (59,7 faizi) yük daşınması, 3 495,5 milyon manatı (27,3 faizi) sərnişin daşınması, 1 668,9 milyon manatı (13 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.

Nəqliyyat sektorunda 183,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz çox yük daşınıb. Yüklərin 63,5 faizi avtomobil, 25,1 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı ilə daşınıb.

Hesabat dövründə 1771,3 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çox sərnişin daşınıb. Sərnişinlərin 90,5 faizi avtomobil nəqliyyatı, 8,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol